Ağ Ev terrorun Ukrayna ilə əlaqələndirilməsi cəhdinə münasibət bildirib – "Kremlin təbliğatı"dır
Vaşinqton Rusiyanın Moskvada törədilmiş irimiqyaslı terror aktını Ukrayna ilə əlaqələndirmək cəhdlərini "Kremlin təbliğatı" adlandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi jurnalistlərlə söhbətində Kremlin bəyanatlarını rədd edib: "Ukrayna ilə heç bir əlaqəsi yox idi. Bu, sadəcə Kremlin növbəti təbliğatıdır".
Bu arada Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya səfiri Anatoli Antonovun ABŞ-ın Moskvanı terror aktı təhlükəsi ilə bağlı xəbərdar etməməsi ilə bağlı bəyanatına cavab verib.
"Biz xəbərdar etmək vəzifəmizə uyğun olaraq, onlara bu özəl xəbərdarlığı göndərmişik. Martın 7-də təhlükəsizlik xəbərdarlığı verdik və burada yenə ABŞ vətəndaşlarına da bildirdik ki, bizdə Moskvada planlaşdırılan terror aktı barədə məlumat var… potensial olaraq böyük toplantıları, o cümlədən konsertləri hədəfə alır", – deyə Miller vurğulayıb
Xatirə SADİQ,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək