Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb olduBu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar?!
Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur. Onun tarixi binanın memarlıq üslubuna, ölçülərinə və ümumi görünüşünə necə təsir etdiyi göz qabağındadır. Ağ Evin özünəməxsus memarlığı və proporsiyaları bu tikilinin yanında sanki itib-batır.
Bura Ağ Evdir! 250 ildən artıq tarixə malik, ABŞ-ın siyasi həyatının ən mühüm hadisələrinə şahidlik etmiş bir məkan. Burada təkcə Amerikanın deyil, bütün dünyanın taleyinə təsir edən qərarlar qəbul edilib. Belə bir tarixi məkana şəxsi mülkünə yanaşırmış kimi münasibət göstərmək olarmı? Məgər istədiyinə görə əlavə bir "banket zalı" tikdirdin?!
Məni bir inşaatçı kimi xüsusilə qəzəbləndirən məqam layihənin miqyasıdır. Bu tikilinin nə qədər böyük olacağı hələ layihə və çertyojlar hazırlanarkən bəlli idi. Deməli, kimsə bütün bunları görüb, razılaşdırıb və tikintinin aparılmasını normal hesab edib.
Bəs tikintinin dəyəri? Söhbət yüz milyonlarla dollardan gedir. Fotoda görünən işlərin həcminə baxanda bu qədər böyük məbləğin nəyə xərcləndiyini anlamaq çətindir. Əlbəttə, yalnız bir fotoşəkilə əsasən bütün smetanı qiymətləndirmək mümkün deyil. Elə buna görə də bu layihənin ətraflı maliyyə hesabatını görmək istərdim. Konkret olaraq hansı işlərə və materiallara bu qədər vəsait sərf olunur?
Sosial şəbəkələrdə amerikalıların şərhlərinə rast gəlirəm. Bəziləri yazır ki, 2028-ci ildə, hətta bu əlavənin sökülməsi üçün demokratlara səs verməyə hazırdırlar. Ölkə üzrə belə düşünənlərin nə qədər olduğunu deyə bilmərəm, amma onların narazılığını çox yaxşı başa düşürəm.
ABŞ vətəndaşları tikintinin dayandırılmasını, maliyyələşmənin kəsilməsini və Ağ Evin tarixi görkəminin bərpa olunmasını tələb edirlər. İndiyədək xərclənmiş pullar isə belə bir məkanın tarixi və memarlıq simasının korlanmasına davam etmək üçün ciddi əsas ola bilməz.
Məgər bütün Amerikada bu "banket zalı"nı tikmək üçün Ağ Evin ərazisindən başqa münasib yer tapılmadı?!
Natiq Səlim,
KONKRET.az
Müəllif: Denis Pereçesov

Siyasi       Tarix: 14 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər cəbhədən şad xəbər son xeber az cəbhədən görüntüleri