Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?

Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən "MedEra" klinikasının mühafizəçisi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.
İddia olunur ki, bir neçə gün əvvəl qulağından əməliyyat olunan xalq artisti "MedEra"nın gözətçisindən tibb bacısını çağırmasını xahiş etsə də, qarşı tərəfin bundan imtina etməsi mübahisəyə səbəb olub. Tərəflər arasındakı gərginlik də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.
Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub.
Ağadadaş Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağını yaralayıb.
Nəzakət Paşeyavanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə Konkret.az "MedEra" klinikası ilə əlaqə saxlayıb:
Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, Nəzakət Paşayeva evində müalicə alır:
"Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil".
Hüquqşünas Nəzakət Paşayevanın təzminat davası aça biləcəyi ehtimalına da aydınlıq gətirib:
"İndi təzminat iddiası ilə bağlı nəsə demək üçün tezdir. Bu mövzu rəhbərlik səviyyəsində müzakirə edilməlidir. Yalnız bundan sonra dəqiq nəsə demək olar". / azxeber.com

Sosial       Tarix: 24 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun