Ağalı kəndində işlə təmin olunan şəxslərin sayı açıqlandı
Böyük Qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndinə köçürülən sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar.
Bu barədə KONKRET.az-a qurumdan məlumat verilib.
Nazirlik tərəfindən onlardan 120 nəfər ərazidəki vakansiyalar, 33 nəfər "İşsizin dostu" proqramı üzrə işlə təmin edilib, 11 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. 26 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda daha 31 sakinin məşğulluğuna dəstək işləri aparılır.
İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Ağalıda ilk "Smart DOST" xidmət məntəqəsi də açılıb. Ötən dövrdə bu məntəqədə 19 sakinə xidmət göstərilib.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində Zəngilan şəhəri də 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd edilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"