Ağcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLAR

Ağcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLAR15 may - Beynəlxalq Ailə Günü münasibətilə Ağcabədi Regional "ASAN xidmət" mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş Ailə günü keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi və Ağcabədi regional "ASAN Xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uzunömürlü ailələr, rəsmi qonaqlar, ziyalılar, gənclər, media mənsubları iştirak ediblər.
Bayram tədbiri yeni ailə quran iki cütlüyün nikah mərasimi ilə başlayıb. Rayon İcra Hakimiyyəti başçısını müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova gəncləri təbrik edib, onlara hədiyyələr təqdim olunub.
Sonra ailələrin hazırladıqları əl işlərindənvə kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən GTM Qarabağ regional ofisini rəhbəri Radə Qafarova ailə dəyərlərinin önəmini vurğulayıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir. Bu gün Azərbaycan ailəsində böyüyən övladlar əsl vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi yetişdirilir. 30 illik işğala son qoyaraq 44 gün ərzində canı-qanı bahasına torpaqları azad edən Azərbaycan ailəsinin övladları idi. Şanlı Vətən müharibəsində əldə edilən Zəfəri məhz  şəhidlərimizə, qazilərimizə və onları yetişdirən ailələrə borcluyuq. 
İcra başçısının mavini Vüsalə Məmmədova ölkəmizdə müstəqillik illərində formalaşan dövlət-ailə siyasətinin əsas prinsiplərinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinin də ailə siyasəti təşkil etdiyini, dövlət-ailə siyasətinin dəstəklənməsi istiqamətində mütəmadi tədbirlər keçirildiyini qeyd edib.
Daha sonra Ağcabədi rayon Ağsaqqallar şurasının sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, şəhid Xəyal Həziyevin anası Məlahət Həziyeva, Ağcabədi regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin baş məsləhətçisi Lalə Quliyeva, ADPU Ağcabədi filialının Pedaqoika, psixologiya və onların tədrisi texnlogiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli Beynəlxalq Ailə Gününün planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə  də öz təsirini göstərib. Bir həqiqət vardır ki, bu gün bütün dünyada boşanmaların sayı çoxalıb. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Tədbirdə iştirak edən 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri nikahı kəsilən cütlüyə xeyir-dua verərək dəyərli məsləhətlərini və tövsiyyilərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib. Sonda ailələrin övladları ilə asudə vaxtının səmərəli təşkili üçün maraqlı fəaliyyətlər təşkil edilib.
Ağcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLARAğcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLARAğcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLARAğcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLARAğcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLARAğcabədi rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 16 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler