Ağciyəri təmizləmək üçün ən yaxşı 7 ÜSUL

Ağciyəri təmizləmək üçün ən yaxşı 7 ÜSULSiqaret çəkmək ağciyərin sağlamlığına ziyan vuran ən ciddi amildir. Siqaret tüstüsü nəfəsalma sisteminin selikli qişasını zədələyir, kiçik bronxlar tutulur, ağciyərdə selik yığılır, nəfəsalma çətinləşir, xroniki öskürək, təngənəfəslik əmələ gəlir.
Statistika göstərir ki, 5 ildən çox siqaret çəkən insanların 80%-də xroniki bronxit inkişaf edir. Həmçinin bu pis vərdiş ağciyər xərçənginin əsas səbəbidir.
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, koronavirus epidemiyası zamanı dünyada siqaretdən imtina edən insanların sayı xeyli artıb. Bunun səbəbi banal qorxudur. Müşahidələr göstərir ki, siqaret çəkən insanlar koronavirus infeksiyasını daha ağır keçirir və bu infeksiyadan daha tez-tez ölürlər.
Siqaretdən imtina edən insan bilməlidir ki, zədələnmiş ağciyəri normal vəziyyətə qaytarmaq üçün çox vaxt tələb olunur. Bu prosesi müəyyən dərəcədə sürətləndirmək olar. Bunun üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır:
1. Nəfəsalma gimnastikası. Bu üsul ağciyərin fəaliyyətini stimullaşdırır və orqan ziyanlı maddələr və selikdən daha tez təmizlənir.
2. Açıq havada gəzintilər. Xüsusilə iynəyarpaqlı ağaclar (şam, küknar, ağ şam və s.) olan yerlərdə gəzmək faydalıdır. Bu ağaclar nəfəsalma sisteminə çox müsbət təsir edən fitonsidlər ifraz edir.
3. Hamam və sauna. Ağciyəri təmizləyən ən yaxşı vasitələrdən biridir.
4. İnhalyasiyalar. Bu məqsədlə ağ şam və sidr ağaclarının iynəyarpağı, evkalipt, nanə, cökə bitkilərindən dəmləmələr istifadə olunur.
5. Üzgüçülük, fitnes, orta tempdə qaçış.
6. Qida. Bəzi qida məhsulları ağciyərin təmizlənməsi proseslərini sürətləndirir, ağciyərdə iltihabı azaldır. Bu məhsullar arasında:
- Kalsiumla zəngin olan qida məhsulları - ilk növbədə süd məhsulları (kəsmik, qatıq, kefir, xama), şokolad, kakao, göyərti.
- Kələmin bütün növləri (ağ, qırmızı, gül kələmi, brokkoli və s.). Kələmin tərkibində olan faydalı maddələr və xüsusilə nadir sulforafan maddəsi ağciyəri təmizləyir, ağciyərdə fibrozun qarşısını alır.
- Limon, itburnu, moruq, qara qarağat. Bu məhsullar nəfəs yollarına müsbət təsir edən C vitamini ilə zəngindir.
- Kərə yağı, qaraciyər, yumurta. Bu məhsulla A vitamini ilə zəngindir. A vitamini ağciyərin sağlamlığında olduqca böyük rol oynayır.
- Zəncəfil və sarıkök. Bu ədviyyatlar ağciyərdə iltihabları azaldır, nəfəsalmanı yaxşılaşdırır. Zəncəfili çay kimi dəmləyib içə bilərsiniz. Sarıkökü 1/3 ç.q olmaqla suya qarışdırıb içmək olar. 
7. Su. Bu ən yaxşı detoks vasitəsidir. Suyun qəbulunu artırın. Gün ərzində ən azı 1-1,5 l su için.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət dunyada son xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər 2026