Ağdaşda qardaşlar birləşib oğurluq etdilər
Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlıkəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb.
Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.
Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib