Ağdərənin Talış kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar
İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları növbəti uğura imza atıblar.
azxeber.com xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə məktəbin buraxılış sinfini bitirən bütün şagirdlər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar:
"Ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olunub. Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər".
Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə dörd nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA