Ağıllı kişi heç bir zaman qadın ilə mübahisə etməməlidir

Ağıllı kişi heç bir zaman qadın ilə mübahisə etməməlidir"Kişinin ahı inanmıram ki, hansısa qadını tusun, amma qadının ahı insanı iflic edər! Məncə ağıllı kişi heç bir zaman qadın ilə mübahisə etməməlidir".
Bunu azxeber.com-a müsahibəsində aktyor, rejissor Kənana Mahmudov deyib.
Qadın-kişi münasibətlərindən danışan aktyor iddialı açıqlamar edib:
"Qadın mənim üçün "ilham pərisi" deyil. Məncə ağıllı kişi heç bir zaman qadın ilə mübahisə etməməlidir. Çünki nəhyətində kişi uduzan tərəf olacaq. Mən həyatda bir neçə şeydən çox qorxuram, bunlardan biri də qadın şəridir. Çünki tanınmış insanlar bu həyatın yükünü sadə insanlara nisbətdə daha çox çəkirlər. Adi vətandaşa şər atsan, bu unudulub gedər zamanla, heç kimin yadında qalmaz. Amma tanınmış şəxslər üçün bu o qədər də asan deyil. Bəziləri sənin bu halına sevinəcəklər də. Hazırda yıxılmağımı gözləyən, əlində balta dayanan o qədər insan var ki?...
Mən qəddar biri deyiləm, ətraf mühit pisdir. (gülür-red.) Hər kəs öz hekayəsini özü yazır və onun baş qəhrəmanı olur. Həyatda uğursuz hekayələri olan kişilərin başına gələn hadisələrdə belə bir qadın imzasının olduğuna inanıram. "Hər uğurlu kişinin arxasında ona dəstək olan uğurlu bir qadın var" sözü sadəcə olaraq qadınların uydurduğu kəlamdır. Mən deyərdim ki, "Hər bədbəxt kişinin arxasında da bir xoşbəxt qadın var". Bu sözü deməklə uğur qazanmış kişilərin əməyini, haqqını yerə vurmuş oluruq. Belə bir şey yoxdur!
Ümumiyyətlə qadınlar çətin varlıqlardır. Onların nə istədiyini anlmaq üçün bir cihaza ehtiyac olsa, onu ancaq başqa bir qadın düzəldə bilər. Onlar nə istədiklərini bilmirlər. Deyirlər sevgi, qayğı, diqqət istəyirik. Əmin olun ki, onu kişi də istəyir. Həm də buna daha çox kişlərin ehtiyacı var. 
Aysel Hacızadə

Şou Biznes       Tarix: 15 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video gunun xeberleri qurban bayrami 2026 cəbhədən son vəziyyət