Ağstafadakı qəzada ölən şəxslərin adları açıqlandı - SİYAHI
Bu gün Ağstafada baş verən və 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində vəfat edən şəxslərin adları məlum olub.
DİN Baş DYP İdarəsindən azxeber.com-a verilən məlumata görə, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi "Mercedes- Benz Sprinter" markalı mikroavtobusla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi "Volvo" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Familə Məmmədova, 1966-cı il təvəllüdlü Mirvari Əliyeva və paytaxt sakini 1962-ci il təvəllüdlü Mayıl Nağıyev hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi