Ağsuda canavarlar kəndlərə hücum etdi - FOTO
Ağsu rayonunun Girdə, Hinqar və Xanbulaq kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara quduz canavarların hücumuna məruz qalıb.
KONKRET.az xəbər verir ki, canavarlar bir gündə 12 baş iribuynuzlu heyvanı məhv edib. Xəsarət alan heyvanlar quduzluq xəstəliyinə yoluxub. Ümumilikdə kənd sakinlərinə 10 min manata yaxın maddi ziyan dəyib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin və Ağsu rayon Baytarlıq İdarəsinin nümayəndələri kəndlərə gəlib, heyvanlara baxış keçirib, ərazi dezinfeksiya olunub, mal-qaradan analiz üçün nümunələr götürülüb.
Sakinlərin sözlərinə görə bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur. Hadisə kəndin dağlıq ərazisində baş verib. Analoji hadisə bu kəndlərdə dəfələrlə baş verib.
Sakinlər bildirirlər ki, son vaxtlar canavarların sayı xeyli artıb və onların kəndlərə hücumu intensiv hal alıb. Son günlər vəhşi heyvanlar ümumilikdə 19 baş iri buynuzlu mal-qaranı tələf edib, yaralı inəklər arasında quduzluq xəstəliyi yayılıb. Sakinlər onlara canavarları öldürməyə icazə verilmədiyini bildirirlər. "Qırmızı kitab"a salınan canavarları ovlamağın cəriməsi 5 min manat olduğu deyilir. Bu qadağalar səbəbi ilə kənd ətrafında canavarların sayı sürətlə artır.
APA-nın əməkdaşı bu məsələ ilə bağlı həmin kənddə çəkiliş aparan zaman xəbər gəldi ki, canavarlar gündüz vaxtı təkrar olaraq daha 2 baş inəyə hücum edərək onları yaralayıb. Kənd sakinləri narahatdır ki, quduzlaşmış canavarlar insanlara da hücum edə bilər. Vətəndaşlar belə bir faciənin yaşanmaması üçün tədbir görülməsini istəyirlər.

APA

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"