Ağsuda şirkətə məxsus elektrik naqillərini oğurlamaq istəyən şəxslər saxlanılıblar
Ağsu rayonunda şirkətə məxsus elektrik naqillərini oğurlamaq istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Open.az-a verilən məlumata görə, ötən gün Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Ağsu Şəbəkə Sahəsinin Hava Elektrik Verilişi Xəttinin Ağsu rayonunun Pirhəsənli kəndindən keçən hissəsində alüminium naqillərinin naməlum şəxslər tərəfindən kəsilərək qırılmağı barədə məlumat daxil olub.
Daxil olmuş məlumatla əlaqədar Ağsu Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları dərhal hadisə yerinə yollanıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirhəsənli kənd sakinləri 47 yaşlı, əvvəllər məhkum olunmuş Səlim Nizamov və 40 yaşlı İmran Pirverdiyevin 1-ci Mingəçevir Hava Xəttinin ümumilikdə 5 dayaqları arasında olan xətləri kəsərək aparmaq istədikləri müəyyən edilib. Həmin vaxt S.Nizamov polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirməyə cəhd edib. Buna baxmayaraq polis əməkdaşları həmin şəxsləri şübhəli şəxs qismində Ağsu RPŞ-yə gətiriblər.
Faktla bağlı olaraq araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib