Aİ-95 markalı benzinə tələbat niyə azalıb? - İqtisadçı səbəbi açıqladı
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1 milyon 81,3 min ton avtomobil benzini istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə 13,8 min ton Aİ-95 markalı benzin istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azdır.
İqtisadçı-ekspert Razi Abbasbəyli azxeber.com-a açıqlamasında bildirib ki, bunun bir neçə əsas səbəbi var:
"İlk səbəb ondan ibarətdir ki, bazarda Aİ-95 markalı premium benzininə olan tələb azalıb. Son illərdə Azərbaycana əsasən elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalı artdığı üçün bu növ yanacağa ehtiyac azalıb. Nəticə etibarilə, Aİ-95 markalı benzinin tələbi ümumi şəkildə aşağı düşüb. Bununla yanaşı, istismar müddəti 10 ildən artıq olan və əsasən Aİ-92 markalı benzinlə işləyən avtomobillərin çoxluq təşkil etməsi də bu azalmaya təsir edib".
Ekspert deyib ki, eyni zamanda investisiya çatışmazlığı problemi mövcuddur:
"SOCAR tərəfindən yeni başlanmış Aİ-95 markalı benzin istehsalı ilə bağlı əlavə investisiyaların ayrılması planlaşdırılsa da, texnoloji yeniliklərin tətbiqi üçün nəzərdə tutulan vəsaitlər hələlik ayrılmayıb. Bu səbəbdən modernləşmə prosesi tam başa çatmayıb və nəticədə Aİ-95 markalı benzinin istehsalında azalma müşahidə olunub".
İqtisadçı qeyd edib ki, gələcək illərdə investisiyaların ayrılması baş tutarsa, Aİ-95 markalı benzinin istehsalını artırmaq mümkün olacaq:
"Gələcək illərdə planlaşdırılan texnoloji yeniliklər və investisiyaların ayrılması baş tutarsa, Aİ-95 markalı benzinin istehsalını artırmaq mümkün olacaq. Lakin həm daxili bazarda tələbin azalması, həm də xarici bazarlara ixracla bağlı yeni layihə və razılaşmaların olmaması səbəbindən, hələlik SOCAR və Bakı Neft Emalı Zavodu Aİ-95 markalı benzinin istehsalını artırmağı planlaşdırmır. İqtisadi baxımdan bu prosesin rentabelli hesab edilməməsi səbəbilə investisiyaların ayrılması da gözlənilmir. Əgər vəziyyət bu templə davam etsə, daxili bazarda Aİ-95 markalı benzinin istehsalı bir qədər də azala bilər".
Şahanə Ziyad
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır