Aİ Ermənistana 34 milyon avro yardım ayırdı
Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən Ermənistanın özəl sektoruna dəstək məqsədilə bu ölkəyə 34 milyon avro vəsait ayırıb.
KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətindən bildirilib ki, bu qərar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından cəmi iki həftə sonra qəbul edilib.
Bildirilir ki, bu, Brüsselin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir. Ayrılan vəsait İrəvana nəzərdə tutulan daha geniş yardım paketinin ilk bölümüdür.
Məlumata görə, maliyyə dəstəyi ilk növbədə Rusiyanın qadağalarından ən çox zərər çəkmiş sahələrə – aqrar-sənaye, balıqçılıq, gülçülük və digər ixracyönümlü sektorlara yönəldiləcək.
Xatırladaq ki, Rusiyanın "Rosselxoznadzor" qurumu mayın sonundan etibarən Ermənistandan gətirilən bir sıra məhsullara məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK