Aİ Ermənistanda iki illik missiyaya BAŞLADI - FOTO
Aİ Ermənistanda iki illik missiyasının başladığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Şurasının press-relizində məlumat verilib.
Avropa İttifaqı (Aİ) bazar ertəsi Ermənistanda iki il müddətinə mülki missiyasının (EUMA) işə başladığını elan edib.
"Avropa İttifaqı bu gün ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasına başlayır", – deyə Şuradan bildirilib.
Aİ qeyd edir ki, missiyanın tərkibində 50-yə yaxın silahsız müşahidəçi də daxil olmaqla 100 nəfər adam olacaq.
Onun operativ qərargahı Yexeqnadzorda yerləşəcək. Mülki əməliyyatın komandiri Aİ Xarici İşlər Xidmətindən Stefano Tomat, missiyanın rəhbəri Markus Ritter olacaq.
Daha əvvəl xəbər verildiyi kimi, 2023-cü il yanvarın 23-də Avropa Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində iki il müddətinə Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması barədə qərar qəbul edib.
Missiyanın bəyan etdiyi məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək və Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün Aİ tərəfindən əlverişli mühiti təmin etməkdir.
Yexeqnadzorda Aİ Monitorinq Missiyasının (EUMA) Baş Qərargahının rəsmi açılışı olub.

Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir