Aİ İrana qarşı yeni sanksiyalar TƏTBİQ EDƏCƏK
Aİ-nin İrana qarşı yeni sanksiyaları təxminən 15 nəfərə və təşkilata təsir edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın "El País" qəzeti məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlərə Aİ ərazisinə giriş qadağası və aktivlərin dondurulması daxildir.
Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirlərinin oktyabrın 17-də Lüksemburqda keçiriləcək görüşündə müzakirə olunacaq yeni sanksiyalar insan haqlarının pozulması və Məhsa Əmininin ölümü ilə bağlı yaranan sosial etirazların yatırılması ilə bağlıdır.
Bildirilir ki, nazirlər Rusiyanın Ukraynada İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etdiyi iddiasını da müzakirə edəcəklər. Pilotsuz təyyarələrdən istifadə ilə bağlı hələlik sanksiyalar gözlənilmir.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra iğtişaşlar baş verib. Sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb. İğtişaşçılar polislərə hücum edib və hökumət binalarını yandırıblar.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü