Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan mütəxəssislərinin sülh səylərini alqışlayıb
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan və Ermənistandan olan mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini alqışlayıb.
azxeber.com xəbər verir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
O, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələrin çoxsaylı çağırışlar və yüksək emosiyalarla müşayiət olunduğunu etiraf edib. Toyvo Klaar tərəfələrin dialoq qurmaq, etimad yaratmaq səylərini davam etdirmək əzmini alqışlayıb.
Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, erməni və azərbaycanlı mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini təqdir edir.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bununla Aİ-nin davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, iyunun 29-30-da Gürcüstanın Kaxreti şəhərində Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən "dəyirmi masa"da erməni və azərbaycanlı mütəxəssis bir araya gəlib. Onlar Aİ, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan həmkarları ilə birlikdə dinc Cənubi Qafqazın gələcəyi üçün mümkün ssenariləri müzakirə ediblər.
Müzakirələr iqtisadiyyat və kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti sahələrində ssenariləri əhatə edib və uzun müddətli bir çox problemin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımlar qiymətləndirilib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?