Aİ ölkələri İrana qarşı yeni sanksiyalar üzərində işləyir
Avropa İttifaqı Rusiyanı kamikadze pilotsuz uçuş aparatları ilə təmin etdiyinə görə İrana sanksiya tətbiq edə bilər.
Almaniya, Fransa və Hollandiya da daxil olmaqla, Aİ-yə üzv 11 ölkə İrana qarşı yeni sanksiyalar paketini qəbul etmək üçün Brüsselə müraciət edib.
Sanksiya siyahısında fiziki və hüquqi şəxslərin adları var. Nəşrin məlumatına görə, kamikadze-dronların istehsalına və ya çatdırılmasına cavabdeh olan ümumilikdə səkkiz iranlı şəxs və quruma sanksiya tətbiq edilə bilər. Sanksiyaların mahiyyəti barədə hələ məlumat olmasa da ehtimal ki, bunlar Şengen zonasına giriş qadağaları və İranın dron proqramında iştirak edən şirkətlərə maliyyə sanksiyalarıdır.
Qeyd edək ki, son bir neçə gündə Rusiya İran istehsalı olan "Şahed 136" tipli pilotsuz təyyarələri vasitəsilə əsasən, Ukraynanın enerji infrastrukturunu hədəf alaraq bir neçə böyük şəhəri vurub.
///Apa / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü