Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başladı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə "EUObserver" portalı məlumat yayıb.
Avropa diplomatlarının məlumatına görə, yeni məhdudiyyətlər üzərində iş başlayıb, lakin çox erkən mərhələdədir. "Aİ-nin Xarici Siyasət Xidməti və Avropa Komissiyası bu məsələ üzərində işləyir, təkliflər yayın əvvəlində səsləndirilə bilər", – Aİ diplomatlarından biri bildirib.
Bununla yanaşı, digər diplomat Ukraynada münaqişənin həlli üçün beynəlxalq arenada səylərin intensivləşməsi ilə əlaqədar müddətlərlə bağlı şübhələrini ifadə edib. "Hazırda bu, həddindən artıq spekulyativ xarakter daşıyır. Rusiya və Ukrayna arasında danışıqların necə inkişaf edəcəyinə baxmalıyıq", – o qeyd edib.
Portalın məlumatına görə, Avropa bloku Macarıstanın mümkün vetosu fonunda yeni sanksiyalar paketinin razılaşdırılmasında çətinliklərlə üzləşə bilər. Budapeşt həmçinin Aİ-nin Rusiyaya qarşı qüvvədə olan iqtisadi sanksiyalarının müddətinin uzadılması prosesinə mane ola bilər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir