Aİ Rusiyaya silah satdığına görə İrana qarşı yeni sanksiyalar paketi HAZIRLADI
Aİ Rusiyaya silah tədarük edən İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" qəzeti rəsmilərə və diplomatlara istinadən məlumat yayıb. Qəzet yazır ki, Aİ Rusiya Federasiyasına silah satdığı iddiası ilə İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb. Diplomatlar bu barədə çərşənbə günü razılığa gəlməyə ümid edirlər.
Tehran və Moskva İran silahlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərləri əvvəllər dəfələrlə təkzib ediblər.
"Brüssel artıq İrana qarşı yeni sanksiyalar siyahısı hazırlayıb. Diplomatlar bu gün, sabah və ya cümə günü keçiriləcək Aİ liderlərinin sammitində yeni paketlə bağlı razılığa gəlməyə ümid edirlər", – deyə mənbələr bildiriblər.
Yeni sanksiyalar paketinin İranın fiziki və hüquqi şəxslərinə təsir edəcəyi bildirilir. Nəşrin yazdığına görə, söhbət beş fiziki və üç hüquqi şəxsdən gedir.
Diplomatlardan birinin sözlərinə görə, yeni sanksiyalar paketi Tehrana "güclü siqnal" kimi düşünülüb.
Başqa bir yüksək vəzifəli məmur deyib ki, İranın artıq ciddi sanksiyalar altındadır. Fərdi sanksiyalar iqtisadi sanksiyalardan çox daha sürətli həyata keçirilə bilər və bunun güclü təsir göstərməsi ehtimalı azdır.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü