AİB Azərbaycana 450 min ABŞ dollarından çox vəsait ayırıb

AİB Azərbaycana 450 min ABŞ dollarından çox vəsait ayırıb24 sentyabr 2020-ci il tarixində "Yeni klinika" tibb müəssisəsində Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə birgə "COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək" texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Agentliyin İdarə Heyəti sədrinin müavini bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ölkələr arasında qarşılıqlı fəaliyyət və birgə əməkdaşlığa zərurət yaranır: "Bu istiqamətdə Asiya və Sakit okean regionu ölkələri üçün əsas inkişaf tərəfdaşı kimi çıxış edən AİB-nin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu günədək AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Əməkdaşlıq və dəstəyin növbəti nümunəsi olaraq, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən ölkəmizə sözügedən layihə çərçivəsində 455 min ABŞ dolları həcmində texniki yardım ayrılıb. Bu yardıma tibb işçiləri üçün fərdi qoruyucu vasitələr, o cümlədən kombinezon, N95 respirator maska, qoruyucu eynək və digər tibbi ləvazimatlar daxildir". N.Bayramova AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinə göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
N.Mannapbekovun sözlərinə görə, Agentlik və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi də daxil olmaqla, ölkənin səlahiyyətli qurumları ilə güclü əməkdaşlıq fərdi qoruyucu vasitələrin ölkəyə çatdırılması prosesini dörd hissəyə bölməyə imkan verib: "Daha təcili və yüngül mallar iki dəfəyə hava yolu ilə, digərləri isə dəniz yolu ilə çatdırılıb. Bunlar koronavirusla mübarizədə ön cəbhədə çalışan səhiyyə işçilərini qorumağa, infeksiyanın qarşısının alınmasını və nəzarəti gücləndirməyə kömək edən fərdi qoruyucu vasitələr, bioloji zərərli maddələr üçün paketlər və respiratorlardır". O bildirib ki, AİB ölkəmizin pandemiyaya qarşı təsirli cavab verməsi üçün əlavə mənbələrin səfərbər edilməsi məqsədilə Azərbaycan hökuməti və inkişaf tərəfdaşları ilə birgə çalışmağı davam etdirəcək.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 25 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou valyuta son.xeber sonxeberler