Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlamaKredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borclarını ödəməkdə çətinlik çəkməsinə səbəb olur.
Bəs kredit borcunu ödəyə bilməyən vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir?
Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov azxeber.com-a açıqlamasında bildirib ki, kredit borcunu ödəyə bilməmək avtomatik olaraq inzibati xəta və ya cinayət hesab edilmir.
Onun sözlərinə görə, bu, ilk növbədə mülki-hüquqi öhdəliyin yerinə yetirilməməsidir:
"Bankın və ya kredit təşkilatının borcu, faizləri və qanuni əsas olduqda gecikmə ödənişlərini tələb etmək hüququ var. Məsələ məhkəməyə çıxarıla bilər və məhkəmə qərarından sonra icra mərhələsi başlayır. Bu zaman borclunun bank hesablarına, əməkhaqqına və digər əmlakına qanunda nəzərdə tutulan qaydada tutma yönəldilə bilər.
Kredit tələbləri üzrə, bir qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti tətbiq olunur. Lakin bu müddətin keçməsi borcun avtomatik silinməsi demək deyil. Bu, borclunun məhkəmədə istifadə edə biləcəyi hüquqi müdafiə vasitəsidir".
Vəkil qeyd edib ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və icra sənədi icraya yönəldildikdən sonra borcluya qarşı məcburi icra tədbirləri görülə bilər:
""İcra haqqında" Qanunun 43-cü və sonrakı maddələrinə əsasən, icra məmuru borclunun pul vəsaitlərinə, bank hesablarına, əməkhaqqına və digər gəlirlərinə, eləcə də daşınar və daşınmaz əmlakına tələb yönəldə bilər. Zərurət yarandıqda əmlak üzərinə həbs qoyula, həmin əmlak qiymətləndirilərək satıla və əldə olunan vəsait borcun ödənilməsinə yönəldilə bilər.
Əməkhaqqından tutulma qanunla müəyyən edilmiş hədlər daxilində aparılır. Adi kredit borcları üzrə bu məbləğ, bir qayda olaraq, gəlirin 50 faizindən çox ola bilməz".
Roman Qaraşov bildirib ki, müəyyən hallarda kredit borcu olan şəxslərin ölkədən çıxışına da məhdudiyyət tətbiq edilə bilər:
"Borclu icra sənədini könüllü icra üçün verilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirmədikdə və qanunda nəzərdə tutulan şərtlər mövcud olduqda, "İcra haqqında"" Qanunun 84-1-ci maddəsinə əsasən, onun ölkədən getmək hüququ məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin bu tədbirlər kredit borcunun yaranması ilə avtomatik tətbiq edilmir. Bunun üçün icra sənədi və qanunda nəzərdə tutulmuş prosedurlar olmalıdır".
Vəkil vurğulayıb ki, kredit borcuna görə inzibati və cinayət məsuliyyəti yalnız əlavə hüquqi əsaslar olduqda yarana bilər:
"İcra məmurunun qanuni tələblərinə üzrsüz səbəbdən əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinin 306-cı maddəsi isə qanuni qüvvəyə minmiş məhkəmə aktının qərəzli şəkildə icra edilməməsinə aiddir. Şəxsin həqiqətən ödəmə imkanı yoxdursa, işsiz qalıbsa və ya gəliri kifayət etmirsə, bu hal özlüyündə cinayət tərkibi yaratmır. Ali Məhkəmənin dələduzluqla bağlı mövqeyinə əsasən, kreditin sonradan qaytarılmaması dələduzluq hesab edilmir. Dələduzluqdan yalnız şəxsin krediti götürərkən əvvəlcədən aldatmaq və qaytarmamaq niyyətində olduğu halda danışmaq olar. Hüquqi baxımdan kredit borcunu ödəyə bilməməklə borcu ödəməkdən qəsdən yayınmaq arasında ciddi fərq var".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 28 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər valyuta qurban bayrami 2026 ensonxeberler