AİB-in illik toplantısı işə başlayıb
Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü illik toplantısı işə başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, üzv ölkələrdən nazirlər, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin iştirak edəcəyi illik toplantıda COVID-19 pandemiyası ilə mübarizə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, daxili resursların səfərbər edilməsi ilə davamlı inkişafa nail olmaq, eləcə də Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramlar və digər məsələlər müzakirə olunacaq toplantı 2 gün davam edəcək.
Bu gün Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda iclası keçiriləcək. İclasda Azərbaycanın Maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin iştirakı nəzərdə tutulub.
Növbəti gün isə AİB-in Rəhbərlər Şurasının üzvləri biznes sessiya və seminar çərçivələrində toplantıda iştirak edəcəklər.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar