Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir

Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir"Əmək pensiyaları haqqında" Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi?
Millət vəkili Vüqar Bayramov deyib ki, "Sosial müavinətlər haqqında" Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir, yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar.
"Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinətlə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.
Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də, sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, "Sosial müavinətlər haqqında" Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı", - millət vəkili qeyd edib.
O bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə, ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:
"Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
Bu isə o deməkdir ki, "Sosial müavinətlər haqqında" Qanunun "Əmək pensiyaları haqqında" Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailəinin ayliq müavinət almasına imkan yarada bilər". / azxeber.com

İqtisadiyyat       Tarix: 27 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az cəbhədən ən son xəbərlər azerbaycan son xeber bugun sonxeberler