AK rəhbəri: "IGB kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək
"Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.
Onun sözlərinə görə, əvvəllər Bolqarıstan təbii qazın 80 %-ni Rusiyadan alırdı, lakin bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından və onun "Avropaya qarşı enerji müharibəsi" elan etməsindən əvvəl idi.
"Bu boru kəməri Bolqarıstan və Avropanın enerji təhlükəsizliyi üçün vəziyyəti dəyişdirir və Rusiya qazından asılılığı aradan qaldırır", - AK rəhbəri vurğulayıb.

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"