Akopyan: "Biz gələcək nəsillərə alçaldılmış Ermənistan qoyuruq"

Akopyan: Ermənistan cəmiyyətindəki fikir ayrılığı, hakimiyyətə inamsızlıq daha geniş vüsət alıb. 44 günlük müharibədə biabırçı məğlubiyyətdə daha çox ittiham edilən baş nazir Nikol Paşinyan hələ də bir qrup erməninin gözündə satqındır. Otuz il ərzində qalib xalq imici yaratmağa çalışan ermənilər indi fərqli əhval-ruhiyyədədirlər. Reallıqla barışmaq istəməyən qüvvələr yenə revanşist mövqedədir və qisas almağa məqam gözləyir.
Qarabağda və sərhəddə baş verən silahlı münaqişələr bir nəticə vermədiyindən, Ermənistan indi də "humanitar böhran" adı altında təxribatlara başlayıb. İki həftədir Laçın sərhəd-keçid məntəqəsi ətrafında cərəyan edən hadisələr səngimək bilmir. Əvvəlcə sərhədə 19 yük avtomobili göndərən Ermənistan bir neçə gün sonra hadisə yerinə daha 3 maşın yola salıb.
Dünən isə məlum olub ki, Ermənistanı bu işə təhrik edən və "humantar şou"nun ssenari müəllifi Fransa düşmən ölkəyə xeyli "yardım" göndərib və həmin yüklər də iki həftədir gözləyən karvana qoşulub. Əslində Ermənistanın və havadarının məqsədi Qarabağdakı ermənilərə humanitar dəstək vermək deyil. Onların məqsədi Azərbaycanı "humanitar fəlakətdə" ittiham etməkdir.
Azərbaycanın təklif etdiyi alternativ marşrutu isə ermənilər və dostları qəbul etmək istəmir. Hətta Qarabağdakı ermənilərin "acından ölərik, Ağdamdan gələn ərzağı qəbul etmərik" şüarı xüsusi təbliğatın nəticəsidir. Eyni zamanda, erməni mətbuatı Ağdam-Xankəndi marşrutu ilə daşınacaq yüklərin onların milli heysiyyatına toxunacağını, alçaldıcı olacağını yazır.
Deməli, Qarabağda "humanitar böhran" yoxdur və bu, ermənilərin uydurduqları siyasi şoudur. Ən kiçik elementləri şişirdib siyasi müstəviyə çıxaran ermənilər bu cür oyunların adətkarıdır. Hələ 1988-ci ildə hadisələr yeni başlayanda ən xırda detalları qabardan ermənilər guya Azərbaycanın tərkibində sıxışdırıldıqlarını dünyaya car çəkərək, münaqişənin alovlanmasına nail oldular. Amma bu gün daha 1988-ci il deyil və siyasi səhnədə daha güclü Azərbaycan dayanıb. İndi nə Ermənistanın, nə də onun havadarlarının qurduğu oyunlar keçir.
Bundan sonra bütün Ermənistandakı tırlar belə, Qarabağa doğru istiqamət götürsə, Laçın sərhəd-keçid məntəqəsinə buraxılan deyil. Qarabağ ermənilərinə canı yanan qüvvələrə Bərdə – Ağdam – Xankəndi marşrutu təklif olunub.
Ermənistanda isə Paşinyanın yürütdüyü siyasəti sərt tənqid edənlərin sayı çoxalır. Sərhədə gətirdiyi yük karvanına da münasibət birmənalı deyil. Azərbaycanla razılaşmadan bu qədər tırı Qarabağa aparmaq istəyən hakimiyyətin addımına reaksiya verənlər də var. Həmin qüvvələr Paşinyanı günahlandırır və baş nazirin 10 noyabr kapitulyasiya aktına qol çəkməsinin hazırkı faciələrə gətirib çıxardığını bildirirlər:
"Biz gələcək nəsillərə alçaldılmış Ermənistan qoyuruq. Həqiqət tam şəkildə, arqumentlərlə üzə çıxdı ki, mövcud faciənin təşəbbüskarı və icraçısı Paşinyandır. Bu, biabırçı razılaşma idi, çünki kapitulyasiya sazişinin imzalanmasından sonra baş verənlər daha rüsvayçıdır".
Bunu İrəvanda "Ana Ermənistan" hərəkatının təsis yığıncağında alyansın rəhbəri Ruben Akopyan deyib.
Beləcə, Ermənistanda baş verən siyasi böhran hələ çox davam edəcək. Başqa dövlətin ərazisinə göz dikən və neçə il işğalçılıq siyasəti aparan bir dövlətin aqibəti sonda Ermənistanın aqibəti kimi olur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele