Akopyandan "həyəcan təbili": Azərbaycan rusların getməsini
Qarabağdakı ermənilərin qondarma parlamentinin bugünkü "iclası" "deputatların" ümidsiz çıxışları ilə yadda qalıb.
Publika.az erməni mediasına istinadla xəbər verir ki, qondarma qurumun qondarma deputatları İrəvanın Xankəndiyə nəzarəti itirdiyini, sülhməramlıların ətəkləri altında olsalar belə, kimsəsiz qaldıqlarını vurğulayıblar.
Əldəqayırma qurumun "deputatı" Metaxe Akopyanın çıxışı isə əsl "həyəcan təbili"nə çevrilib:
"Aydındır ki, 44 günlük müharibədən sonra Azərbaycanın əli masada güclüdür. Hələ ki, rusiyalı sülhməramlılara arxamızı söykəmişik. Amma İrəvanda baş verənlər göstərir ki, vəziyyətimiz getdikcə daha da pisləşəcək. Sabah Azərbaycan rusların getməsini tələb edə bilər. O zaman bizim işimiz nə Rusiyaya, nə də tanrıya qalacaq. Biz bu haqda ciddi düşünüb qərarlar verməliyik. İndi Qarabağla bağlı "status" məsələsi haqda danışılmır, əsas mövzu dövlət sərhədlərinin delimitasiyasıdır. Başa düşürsünüzmü nələrin baş verdiyini, biz unudulmuşuq".
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi