Aktauda yeni 'Seebreze' açılacaq?
Manqistau vilayətinin hakimi Nurdaulet Kılybayın dəvəti ilə tanınmış investor, "Sea Breeze" turizm klasterinin təsisçisi Emin Ağalarov regiona səfər edib.
azxeber.com xəbər verir ki, səfərin məqsədi vilayətin turizm potensialı və böyük kurort kompleksinin tikintisi üçün əlverişli ərazilərlə tanışlıq olub.
Hakim Emin Ağalarova "Kenderli" kurort zonası və Bozjıra kanyonunun turizm imkanlarını təqdim edib. Bildirilib ki, 2025–2027-ci illərdə regionda 13 iri turizm layihəsi həyata keçiriləcək. Kenderlidə 350 min turistin qəbulu üçün otellər, sanatoriyalar, akvapark və əyləncə obyektləri tikiləcək. Həmçinin 16 ölkə və 7 şəhərlə aviauçuşları təmin edəcək yeni hava limanının tikintisi başlanıb.
Tərəflər potensial investisiya imkanlarını, "Sea Breeze"ə bənzər layihənin Kenderlidə gerçəkləşdirilməsini, türk xalqları arasında mədəni əməkdaşlıq və etnoturizmin inkişafı məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub və rəsmi açılış mərasimi 5 aprel tarixində keçirilib.
Bakıda yerləşən "Sea Breeze" kurortu 500 hektar ərazini və 7 km sahil zolağını əhatə edir, yaxın vaxtlarda bu göstəricilər müvafiq olaraq 1500 hektara və 22 km-ə çatdırılacaq.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır