Aktotı Raimkulova İlham Əliyevi təbrik edib

Aktotı Raimkulova İlham Əliyevi təbrik edibTürk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, əktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi və ailə üzvlərinizi Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan bütün müsəlman, o cümlədən Türk dünyasının təqvimində müstəsna dəyərə sahib olan müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz ilk gündən bu vaxta qədər Türk və İslam dünyasının birliyi və ölkənin inkişafı naminə göstərdiyiniz tarixi xidmətlər hər zaman yüksək qiymətləndirilir.
Sizin təşəbbüsünüzlə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu
Türk-müsəlman tarixi-mədəni dəyərlərini, humanist prinsiplərini dünyada təbliğ edir və bu istiqamətdə lazımi tədbirləri həyata keçirir.
Bu gün işğaldan azad olunmuş Azərbaycan torpaqlarında tarixi-mədəni, dini abidələr, o cümlədən məscidlər, məbədlər və kilsələr bərpa edilir. Doğma Qarabağda, əziz Şuşada Azərbaycanın dağıdılmış dini abidələrinin bərpası ilə bağlı humanist addımlar, ilk növbədə,
Sizin müsəlman və Türk dünyasının tarixi-dini, mədəni dəyərlərinə göstərdiyiniz yüksək ehtiramın ifadəsi kimi müasir dünya tarixinin parlaq səhifələrinə həkk olunur.
Sizin rəhbərliyinizlə sürətli inkişaf yolunda mətinliklə irəliləyən Azərbaycan dövləti multikultural dəyərləri siyasi gerçəklik timsalında bəşəriyyətə möhtəşəm şəkildə təqdim edir, dini dəyərlərin insanlar tərəfindən qarşılıqlı hörmət müstəvisində qorunmasının dünyada nadir rast gəlinən bəşəri örnəyini yaradır.
Möhtərəm cənab Prezident, Sizi və ailə üzvlərinizi müqəddəs Ramazan bayramı münasibətilə bir daha ürəkdən təbrik edir,
Uca Allahdan Azərbaycana Sizin rəhbərliyinizlə daha böyük yüksəlişlər, bol ruzi-bərəkət və davamlı əmin-amanlıq nəsib etməsini arzulayırıq".

Siyasi       Tarix: 02 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər bu gune olan xeberler son.xeber en son xeberleri