Alça dərən yeniyetmələr həlak oldular: İmişlidə baş verən faciənin təfərrüatı
İmişli şəhərində, 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub.
İmişli Rayon Təhsil Şöbəsindən KONKRET.az–a verilən məlumata görə, yeniyetmələrdən heç biri 5 nömrəli məktəb-liseyin şagirdi olmayıb:
"2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlidə yaşayıb. 2014-cü il təvəllüdlü Fərid Vahid oğlu Məmmədov isə qonaq gəlib. O, Qubadlı məktəbinin 7-ci sinif şagirdi olub.
Amid məktəbə yaxın yaşayırmış. Məktəbə bir il gec gedib, bir il də sinifdə qalıb. O, İmişlinin başqa məktəbinin şagirdi olub. Amidlə Fərid qohum deyillər. Görüşüb, məktəbin həyətinə oynamaq üçün gediblər".
Məlumata görə, 1996-cı ildə Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün məktəbin həyətində onlara yer verilib, uşaqlar da həmin tikilinin üstünə çıxıblar:
"Hazırda məktəb fəaliyyət göstərir. Dərs zamanı həmin əraziyə uşaqların keçməsinə icazə yoxdur. Gözətçilər dayanırlar.
Hazırda araşdırma aparılır. Yaxın zamanda nəticəsi bəlli olar".
Oxu.Az-ın əldə etdiyi məlumata görə, məktəbin həyətində alça dərib yeyən zaman yeniyetmələri elektrik cərəyanı vurub. Dərhal təcili tibbi yardım briqadası çağırılıb, həkimlər hadisə yerində ölüm faktını qeydə alıblar.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi