Aleksandr Razuvayev: "Ermənistanda hər şey söhbətlərlə məhdudlaşacaq" - MÜSAHİBƏ

Aleksandr Razuvayev: "Ermənistanda hər şey söhbətlərlə məhdudlaşacaq" - MÜSAHİBƏAleksandr Razuvayev: "Ermənistanda hər şey söhbətlərlə məhdudlaşacaq" - MÜSAHİBƏ
Ermənistanın sarsıdıcı məğlubiyyətə düçar olduğu müharibənin üzərindən artıq dörd ay keçib. Ancaq artıq Ermənistanda müxtəlif səviyyədə çıxışlar edən məmurlar və siyasətçilər hansı vəsait hesabına icra ediləcəyi sual altında olan fantastik ideyalar irəli sürürlər. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan digər xərclər nəzərə alınmadan təkcə ordunun döyüş qabiliyyətinin bərpası üçün 3 milyard dollar lazım olduğunu deyir. İnfrastruktur naziri Suren Papikyan Metsamor AES-in bağlanması üçün beynəlxalq çağırışları gözardı edərək Ermənistanın yeni atom elektrik stansiyası tikəcəyini bildirir, İrəvan isə NASA-nın Aya insan göndərilməsi proqramında iştirak üçün ərizə göndərir. Ancaq bütün bunların hansı vəsait hesabına ediləcəyi barədə heç kim danışmır.
Rusiyalı iqtisadçı, Avrasiya üzrə ekspert Aleksandr Razuvayev "Caliber.Az"-a müsahibəsində bildirib ki, iqtisadi nöqteyi-nəzərdən bu layihələrin heç biri real deyil.
"Yenidən silahlanma məsələsini götürək. Nəzəri cəhətdən əgər ABŞ, Fransa və Rusiyadakı erməni diasporları pul toplayarsa, o zaman vəsait olacaq. Ancaq çətin ki, kimsə pul verəcək. Hər şey söz-söhbətlə məhdudlaşacaq. Elə yerdə qalanların da heç bir iqtisadi əsası yoxdur. Bunlar müharibədəki məğlubiyyətin ağrısını hansı yolla azaltmaq, özünü sözdə böyük etmək üçün şifahi bəyanatlardır", - deyə ekspert bildirib.
- Digər bir məqam – atom elektrik stansiyasıdır. Bütün dünyada Ermənistanın AES-nin təhlükəsi barədə danışırlar, onu bağlamağa çağırırlar. Ancaq yeni stansiyanın tikintisi üçün çox pul gərəkdir, Rusiya sərmayə qoyacaqmı?
- Gəlin Belarus AES-lə müqayisə edək. Onun tikintisi 9 milyard dollara başa gəldi. Böyük vəsaitdir və Ermənistanda yeni bir atom elektrik stansiyasının tikintisinə təqribən bu qədər vəsait tələb oluna bilər. Rusiya, yekunda Belarusdan bu pulları geri alacaq, Ermənistanda isə ümumiyyətlə nəyin necə olacağı bəlli deyil. "Rosatom" dövlət korporasiyasıdır, ancaq bazar prinsipləri əsasında çalışır, heç kim pulları səpələməyəcək, SSRİ vaxtı geridə qalıb. Odur ki, Ermənistanda yeni AES tikintisi barədə söhbətlər elə danışıq səviyyəsində qalacaq. /oxu.az

Siyasi       Tarix: 12 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun