Aleksandr Samarski: "ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz

Aleksandr Samarski: "ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməzAleksandr Samarski: "ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz"
Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu yenidən fəallaşıb. Bir neçə gün öncə həmsədrlər bəyanatla çıxış ediblər.
Lakin Caliber.Az-ın müsahibi, tanınmış ukraynalı diplomat, Kiyevdəki Rusiya Araşdırma Mərkəzinin sədr müavini, Ukraynanın İrandakı keçmiş səfiri (2010-2014) və Qarabağdakı ATƏT missiyasının Ukrayna üzrə nümayəndəsi (1997-1998, 2004-2006) olmuş Aleksandr Samarski hesab edir ki, hazırki şəraitdə ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz.
"Minsk Qrupunun hazırki fəaliyyətində müəyyən ziddiyyətlər, hətta absurd səviyyəsində olan məqamlar var. Ancaq bu heç də təəccüblü deyil. Hər şeydən əvvəl, ATƏT-in Minsk Qrupu öz mandatı çərçivəsində hərəkət etmək məcburiyyətindədir, yəni ona həvalə edilmiş olduqca aydın və dəqiq vəzifələr var. Halbuki mandat təxminən 30 il əvvəl, 1995-ci ildə təsdiqlənib. Bu müddət ərzində vəziyyət ciddi şəkildə, hətta mən deyərdim ki, kökündən dəyişib.
ATƏT-in Minsk Qrupuna həvalə olunmuş ən çətin vəzifələr artıq yerinə yetirilib. Bunun ATƏT-in səyləri sayəsində və ya onun iştirakı olmadan baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Ancaq mandat dəyişməz olaraq qalıb. Ona görə də aydındır ki, həmsədrlərin indiki fəaliyyəti yeni reallıqları prinsipcə əks etdirə bilməz. Bununla yanaşı, ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun rəhbərliyinin dəyişməz olaraq qalması və onların köhnə mandat çərçivəsində fəaliyyət göstərməyə alışmasını da qeyd etmək lazımdır", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, həmsədrlər institutunun fəaliyyətində irəliləyişlərə nail olmaq üçün onun tərkibinin yenilənməsinə ehtiyac var.
"ATƏT-in Minsk Qrupunun işində daha çox effektivliyə nail olmaq istəyirsinizsə, onun mandatını dəyişdirin. Onun əvəzinə, məsələn, fəaliyyətini bölgənin münaqişədən sonrakı bərpasına yönəldəcək yeni bir tam hüquqlu ATƏT missiyasının qurulmasına çalışın. Əslində, mövcud vəziyyəti nəzərə alsaq, İrəvanın əksinə olaraq, Bakının ATƏT-in Minsk qrupuna ehtiyac duymadığını görürük.
Ümumiyyətlə isə məsələlərinizi həll edərkən ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz. ATƏT problemin həllində bir şəkildə kömək edə bilər, ancaq heç bir şəkildə təkbaşına həll edə bilməz. ATƏT heç vaxt münaqişələrin həlli və ya münaqişədən sonrakı reabilitasiya üçün əsas vasitə olmayıb və olmayacaq. Bu alət yalnız əlavədir, ikincidir. Olması yaxşıdır, vəssəlam. ATƏT-ə xüsusi ümid bağlamağa ehtiyac yoxdur",- deyə A.Samarski vurğulayıb. /oxu.az

Siyasi       Tarix: 15 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri