Aleksey Martınov: "Paşinyan Qərbin təsirinin bariz nümunəsidir

Aleksey Martınov: "Paşinyan Qərbin təsirinin bariz nümunəsidirAleksey Martınov: "Paşinyan Qərbin təsirinin bariz nümunəsidir"
Erməni tərəfi antisovet və antirus əhvalının yeni dalğasını qızışdırmağa başlayıb. Bəlkə bu, Böyük Vətən Müharibəsində qələbənin yaxınlaşan ildönümü ilə, bəlkə də Rusiya qazının qiyməti ilə bağlı danışıqlarda çətinliklərlə əlaqədardır. Ola bilsin ki, başqa səbəblər də var. Hər halda, Ermənistan hakimiyyətini Rusiya mənafelərini güdənlərlə bağlı danışmağa, onlardan qurtulmağa çağırıblar. Belə bir açıqlamaya misal olaraq Gürcüstanda fəaliyyət göstərən "Alik Media" nəşrinin erməni versiyasının baş redaktoru Arsen Xaratyanın çıxışını göstərmək olar.
"Xüsusilə Rusiyanın maraqlarının Ermənistanda və erməni seqmentində "təsir agentləri" Köçəryanın (vitse-prezident Robert Köçəryan - red.) pulları ilə qrup hücumları təşkil edirlər. Onlarla birbaşa qohumluq, yoldaşlıq və ya işgüzar münasibətlər quraraq, bu gün də yüksək dövlət vəzifələrini tutmaqda davam edirlər. Əlbəttə ki, bu insanları görməzdən gəlmək və ya onlara məhəl qoymamaq hakimiyyətdəki bəzi dostların dediyi kimi, təsirsiz ötmür, təhlükəli hala gəlir. Yaxın gələcəkdə biz bunların hər birini aşkara çıxarıb, nə vaxt və nə etdiklərini sizə deyəcəyik", - deyə A.Xaratyan yazıb.
Eyni zamanda, erməni fəallar sovet mirasını pisləyirlər. Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov Media.Az-a açıqlamasında "onlar, sadəcə, Amerika pullarının haqqını verirlər. Bu, bir sözlə ifadə oluna bilər – satqınlıq" deyib. Yeri gəlmişkən, Markovla müsahibənin bu fraqmenti aprelin ortalarında dərc etdiyimiz reportaja daxil edilməyib.
Öz növbəsində, siyasi elmlər doktoru, rus filosofu və publisisti, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Media.Az-a verdiyi müsahibədə qeyd etmişdi ki, ermənilər hamıdan əvvəl SSRİ-nin parçalandığını anlamışdılar və hətta bunu bir az da sürətləndirmişdilər. (bu hissə də aprelin 24-ə dərc edilmiş müsahibəyə daxil edilməyib).
Bugünkü vəziyyəti rusiyalı politoloq, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov Media.Az üçün şərh edir.
- Postsovet məkanının bir çox ölkələrində sovet keçmişini qınayan bəyanatlar getdikcə artır, bununla yanaşı, indiki Rusiyanın "təsir agentləri" ilə birbaşa əlaqəyə eyham edilir. Məsələn, bu cür bəyanatla gürcü qəzetinin erməni redaktoru Arsen Xaratyan çıxış edib. Bu dalğa niyə indi başlayıb?
- Yeni heç nə baş vermir. Hər kəsin "oyandığını" deməzdim. Söhbət müxtəlif Qərb fondları ilə, daha çox Corc Sorosun strukturları ilə sıx bağlı olan kifayət qədər ixtisaslaşmış qruplardan gedir. Ermənistanın baş naziri Nikol Paşinyan bunun əyani təsdiqidir. Niyə "yoldaş" Soros postsovet məkanında agentlərini qəflətən aktivləşdirdi? Bəlkə də bu sualı Corc Sorosun özünə vermək lazımdır. Əslində, bu, ən çox sevilən, hətta deyərdim ki, antirus kontekstində özləri ilə (qərb dairələri – red.) bağlı olan və ya hətta onlara aid olan KİV-də fəal yayılan əsas mövzulardandır. Təəssüf ki, belədir. Bəlkə də bu, Qələbənin ildönümü ilə əlaqədardır. Və ya ola bilər ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır; çünki seçki kampaniyası dövründə Donald Trampın əleyhdarları mütləq antirus kartını oynayacaqlar.
Sovet keçmişinə gəlincə, bu ki, bizim hamımızındır. Əksər ölkələr müvəffəqiyyətə, çiçəklənməyə məhz sovet dövründə nail olublar. Bunun təkcə iqtisadi göstəricilərə aid olmadığı faktdır və vacibdir. Milli mədəniyyət, dillər inkişaf edib. Bunu necə unutmaq olar? Buna görə də, antisovet müzakirəsi qəribə görünür. 
- Hazırda Rusiya qazının qiyməti ilə bağlı gedən müzakirələrlə əlaqədar Ermənistanla bağlı vəziyyətdə yeni antirus və antisovet dalğasının banal səbəblərdən qaynaqlanması mümkündürmü?
- Belə də ola bilər. Bəlkə Ermənistan Ukrayna və ya Belarusun yolu ilə gedir? Nə etmək olar? Mən siyasətçilərin sağlam düşüncələrinə arxalanıram və bu cür bəyanatları ictimaiyyətə yayımlamağa meyilli ölkələrin hökumətlərini ictimai rəyə diqqət yetirməyə çağırıram. /oxu.az

Siyasi       Tarix: 01 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Britaniyanın yeni baş naziri o olacaq

Böyük Britaniyada Endi Börnhem Leyboristlər Partiyasının lideri seçilib və onun namizədliyi baş nazir postuna irəli sürüləcək. report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Şabana Mahmud bildirib. "Bi

Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükə

"ABŞ ilə İran arasında müəyyən razılıqlar əldə olunsa da, münasibətlər yenidən kəskinləşib və danışıqlar dalana dirənib. Əgər ABŞ yenidən İrana hücum edərsə, strateji nəqliyyat marşrutlarında, xüsusilə İranın təsir imkanlarını

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ

Rusiya Türkiyənin beş şirkətindən ərik, albalı, gilas, şaftalı və nektarin idxalına məhdudiyyət tətbiq edib. xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Bildirili

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən milli təhlükəsizliyə təhdid kimi tanıyıb və bu quruma hər hansı formada dəstək verməyi cinayət məsuliyyəti altına alıb. xəbər verir ki, daxili işlə

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbaro

Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb

AZAL təyyarəsinin qəzalarının nəticələri ilə bağlı bütün məsələlər həll olunub. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Bu il yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizi

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az ən son xəbərlər bugün en son xeberleri az xeber