Alen Simonyan TƏŞVİŞƏ DÜŞDÜ: "Azərbaycan yeni hücuma hazırlaşır"
Son günlər erməni "ekspert"lər Azərbaycana qarşı davamlı təxribatçı, cəfəng çıxışlar edir, qarayaxma ilə məşğul olurlar. Onlar həmişəki kimi xoflarını Azərbaycana böhtan atmaqla ifadə edirlər.
KONKRET.az xəbər verir ki, növbəti sərsəm açıqlama Ermənistan Parlamentinin spikeri Alen Simonyandan gəlib. O bildirib ki, hazırkı hökumətin danışıqlar apara bilməyəcəyi ilə bağlı verilən bütün proqnozların əksinə olaraq, danışıqlar prosesi davam edir və qonşu ölkə də sülhdən danışır.
"Biz sülh prosesini davam etdirəcəyik. Hesab edirik ki, ilk növbədə təhlükəsizlik məsələlərini həll etmək lazımdır və bu, qonşularla sülh yaratmaqla, güclü orduya malik olmaqla həll olunur.
Biz qanunvericilik təşəbbüslərindən başlayaraq, əsas kadr dəyişikliklərinə qədər irəliləyəcəyik. Görünür ki, böyük dəyişikliklər baş verib və deyə bilərəm ki, müdafiə naziri Papikyan öz işini çox uğurla yerinə yetirir", – deyə Simonyan bildirib.
Simonyan Azərbaycanla münasibətlərə də toxunub:
"İndiyədək biz bütün əsas məsələlərdə mövqeyimizi qoruyub saxlaya bilmişik. Bizim üçün qırmızı xətlər var, onlar həm Azərbaycana, həm də cəmiyyətimizə məlumdur. Biz bu məntiqdə qalacağıq və çalışacağıq".
Sərhəddəki gərginlikdən danışan Simonyan bildirib ki, belə bir gərginlik həm görüşlərdən əvvəl, həm də sonra yaranır.
"Bu, hansısa yolla danışıqlara təsir etmək üçün edilir. İndi onlar hərbi təlimlərə başlayır və yeni hücuma hazırlaşırlar. Bizim yanaşmamız hər dəqiqə istənilən vəziyyətə hazır olmaqdır. Heç kəsdə elə təəssürat yaranmasın ki, biz bütün məsələlərin həll olunduğunu düşünürük. Biz hər zaman Azərbaycandan hər hansı təxribat gözləyirik", – deyə Simonyan cəgəng fikirlər söyləyib.
Zəngəzur dəhlizi barədə Alen Simonyan deyib:
"Bu, Ermənistan üçün qırmızı xəttdir və müzakirə mövzusu deyil. Ermənistan 9 noyabr bəyanatında yer alan bütün bəndləri yerinə yetirir. Azərbaycan vətəndaşları Ermənistan qanunvericiliyinə uyğun olaraq Naxçıvana yüklər daşıya bilər. Dəhliz formalaşdırılması ola bilməz.
Buna baxmayaraq, Azərbaycanla danışıqlar davam edir, heç bir dalana dirəniş yoxdur və əsas məsələlərlə bağlı fikirlər aydındır", – deyə Simonyan əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı