Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!
Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!
"Döyüş bölgəsində yerləşməyən dinc Gəncə şəhərinin gecə atəşə tutulması nəticəsində çox saylı qurbanlarla əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Ukraynalılar bu faciəni özlərinin faciəsi kimi qəbul edirlər".
Bu barədə Media.Az-a verdiyi müsahibədə Ukraynada "Xalqın Xidmətçisi" Partiyasından millət vəkili, Ali Radanın humanitar və informasiya siyasəti komitəsinin rəhbəri Nikita Poturayev bildirib.
Xatırladaq ki, oktyabrın 17-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Gəncəyə raket zərbələri endirib. Hücum nəticəsində üç uşaq, dörd qadın və altı kişi olmaqla 13 nəfər ölüb, beş uşaq və 20 qadın olmaqla onlarla mülki insan yaralanıb.
"Mülki şəxslərin ölümünə səbəb olan hərəkətlər qəbuledilməzdir. Bu hadisə dünyada müvafiq qiymətləndirmə almalıdır. Ancaq bu, həmişə belə olmur və Azərbaycanda olduğu kimi Ukrayna da bununla qarşılaşıb. Yaşayış məntəqələrimiz atəşə tutulduqda, əvvəlcə dünyada buna reaksiya zəif idi. Azərbaycanın indi atəşə tutulmasına, ümumiyyətlə işğal olunmuş ərazilərində döyüş fəaliyyətlərinə dünya birliyinin diqqətini sistematik şəkildə yönəltməsi lazımdır", - deyə o, bildirib.
Müsahibin sözlərinə görə, əlbəttə ki, bu, o qədər də sadə deyil, bunu Ukrayna təcrübəsi də göstərib:
"Mən çox yaxşı başa düşürəm ki, indi bütün Azərbaycan vətəndaşlarında duyğular tüğyan edir. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına başsağlığı verirəm. Eyni zamanda bilirəm ki, azərbaycanlı həmkarlarım sistemli şəkildə işləyə bilər, bunu müxtəlif yerlərdə, məsələn, ATƏT Parlament Assambleyasında dəfələrlə müşahidə etmişəm. Mükəmməl diplomatlarınız və siyasətçiləriniz var".
- Ukrayna Ali Radasından hər hansı bir reaksiya gözləyə bilərikmi?
- Dərhal deyəcəm - tək deyilsiniz! Konkret tarixlərdən danışırıqsa, demək çətindir. Bildiyiniz kimi, çətin epidemioloji vəziyyətlə üz-üzəyik, hansı ki, Ali Radadan da yan keçməyib. Müvəqqəti olaraq oktyabrın 20-də toplaşa bilərik, prezident Vladimir Zelenski çıxış etməlidir. Ancaq bu tarixdən əvvəl Gəncənin atəşə tutulması və ümumiyyətlə, münaqişə barədə konkret bəyanat hazırlamaq çətin olacaq. Söhbət yalnız yoluxan millət vəkillərindən getmir. Ali Radanın, komitələrin bir çox üzvləri müşahidə altındadır.
Ancaq əlbəttə ki, baş verənlər barədə Ali Radanın digər komitələrinin rəhbərləri ilə "Zoom" rejimində telefonla danışıqlara başlayacağam. Bilirsiniz ki, Azərbaycan yeni Milli Təhlükəsizlik Strategiyamızda strateji tərəfdaş adlanır və bunlar boş sözlər deyil. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."