Alim Qasımov qızını cəzalandırıb: "Mənə şillə vurdu" - VİDEO
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Fərqanə Qasımova olub.
Xanəndə, atası, Xalq artisti Alim Qasımovun onu otelin önündə şillələdiyini etiraf edib:
"Atamla çox səfərlərdə olduğumuz üçün aramızda kodlaşdırdığımız sözlər olurdu. Səfərlərimizin birində getdiyimiz şəhərdə böyük bir park vardı. Yürüşə çıxdıq. Tez-tez yeriyirdim. Atam dedi ki, bax, bu ağacın altında bir-birimizi gözələyək. Get nə qədər gəzirsən gəz, amma burada görüşək. Mən də ətrafı gəzdim, atamı axtardım, tapa bilmədim. Verdiyimiz vədi də unutdum. 20 yaşım vardı, qorxdum, həyəcan keçirdim. Fikirləşdim atam məni unudub gedib. Artıq hava qaralırdı. Hotelə qayıtdım. Sən demə, atam gəlib saatlarla məni axtarıb. Hotelin qarşısında əsə-əsə atamı gözləyirdim. Gələn kimi mənə 1-2 şillə vurdu. Dedi ki, sən bilirsən mənə nə qədər stres yaşatdın? Həyatımı məhv etdin. Ondan sonra atam 2-3 gün mənimlə danışmadı".
Xalq artisti Alim Qasımov da qızının dediklərini təsqidləyib:
"Xarici ölkələrin birində tədbirə gedəndə bu hadisə baş vermişdi. Ona tapşırmışdım ki, nə olur olsun, bu ağacın altında səni gözləyəcəm. Gəldim ki, qızım yoxdur. Çox axtardım, tapa bilmədim. Həyəcanlı şəkildə qayıtdım hotelə. Gedib oradan elan edim ki, qızımı itirmişəm. Gördüm qızım hotelin qarşısında məni gözləyir. Mən də yaxınlaşıb ona 1-2 şillə vurdum. Ondan sonra bildi ki, görüş yerini unutmaq olmaz".
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?