Alimlər koronavirusdan ölüm hallarına genetikanın təsirini araşdırıblar

Alimlər koronavirusdan ölüm hallarına genetikanın təsirini araşdırıblarBritaniyalı alimlər 15 ölkədə yaşayan insanların genini analiz edərək COVID-19 xəstəliyinin ağırlığı və ölüm halları üzrə genetik risk qrupuna aid insanlar arasında müsbət əlaqənin olduğunu müəyyənləşdirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Con Murs adına Liverpul Universitetinin genetika alimi İldus Əhmədov açıqlama verib. "Bütün ölkələrdə hər milyon insana düşən ölüm hallarının statistikasında fərq müşahidə olunur. Ölümlərə əhalinin orta yaş səviyyəsi, tibbi yardımın keyfiyyəti, karantin tədbirləri, testlərin miqdarı və bu kimi müxtəlif faktorlar təsir edə bilir. Biz apardığımız tədqiqatda bu məsələyə digər tərəfdən yanaşdıq" - deyə o bildirib.
Alimin sözlərinə görə, COVID-19 xəstəliyinin ağır keçməsi ilə bağlı hazırda altı mutasiya aşkar olunub. Onlar qanın laxtalanmasına, maddələr mübadiləsinə, damarların tonusuna, immun statusuna və respirator funksiyalara cavabdeh olan genlərdə lokallaşıb.
"Bu mutasiyaların aşkarlanmadığı insanlar, çox güman ki, koronavirus xəstəliyiniu yüngül və hətta simptomsuz keçirəcək. Əgər insan çox sayda mutasiyanın daşıyıcısı olsa, müvafiq risk faktorlarının (məsələn, yaşlılıq, artıq çəki) mövcudluğu onun reanimasiyaya düşmə riskini artıracaq. Biz müxtəlif ölkələrdə həmin mutasiyalara nə qədər çox rast gəlindiyini və bu göstəricilərin ölüm halları ilə bağlılığını yoxlamaq qərarına gəldik", - deyə İldus Əhmədov qeyd edib.
Tədqiqat nəticəsində mütəxəssislər yüksək genetik riskin mövcud olduğu ölkələrdə ölüm hallarının çoxluq təşkil etdiyini aşkarlayıblar. Belə ki, çinlilərdə və Şərqi Asiyanın digər nümayəndələrində belə insanların sayı çox azdır - 11 faizə yaxın. Çinlilərlə müqayisədə ispanlar arasında çox sayda mutasiya daşıyıcıları üç dəfə, italiyalılar arasında isə dörd dəfə artıqdır. Ən çox risk daşıyan insanlar isə Afrika millətləri arasındadır.
COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının iyunun 30-na olan məlumatına əsasən, infeksiyadan sağalanlara nisbətdə ölənlərin sayı 8,14 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faiz təşkil edir.
ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 728 min nəfərdir. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 408 min), Rusiya (654 min 405), Hindistan (585 min 792), Böyük Britaniya (312 min 654) və İspaniya (296 min 351) gəlir.
Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir - 130 min 123 nəfər. İlk beşliyə daxil olan Braziliyada 59 min 656, Birləşmiş Krallıqda 43 min 730, İtaliyada 34 min 767, Fransada isə 29 min 843 nəfər koronavirus səbəbindən həyatını itirib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri