Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imişHətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənmə riskini ciddi şəkildə artırır.
KONKRET.az Demokrat.az-a istinadla xəbər verir ki, Osaka Şəhər Universitetinin alimləri çörək istehlakının orqanizmdə piy toxumasının artmasına səbəb olduğunu üzə çıxarıblar.
"Molecular Nutrition & Food Research" jurnalında dərc olunan araşdırmaya görə, əsas məsələ çox yemək deyil, qidanın metabolizmə təsiridir. Siçanlar üzərində aparılan sınaqlarda standart yemlərlə yanaşı, tərkibi çörək, buğda və düyü unu ilə zənginləşdirilmiş rasionlar müqayisə edilib. Məlum olub ki, eyni miqdarda kalori qəbul etmələrinə baxmayaraq, un məmulatları ilə bəslənən heyvanlar daha çox çəki yığıblar.
Analizlər göstərib ki, "çörək pəhrizi" zamanı orqanizmdə enerji sərfiyyatı azalır və bədən daxil olan maddələri birbaşa ehtiyat piy qatına çevirməyə başlayır. Tədqiqatçılar bu prosesin genetik səviyyədə baş verdiyini bildirirlər. Belə ki, un məmulatları karbohidratların yağa çevrilməsinə cavabdeh olan genləri aktivləşdirir. Heyvanlar normal qidalanma rejiminə qayıtdıqda isə bu mənfi dəyişikliklər aradan qalxıb.
Alimlər hələlik bu nəticələrin insanlar üzərində tam eyni effekti verəcəyini iddia etməkdən çəkinirlər. Lakin əldə olunan faktlar "hər bir kalori eynidir" yanaşmasının yanlış olduğunu bir daha sübut edir. Hazırda mütəxəssislər müxtəlif növ karbohidratların, xüsusən də tam taxıllı məhsulların maddələr mübadiləsinə təsirini öyrənməyə davam edirlər. Bu cür tədqiqatların gələcədə daha dəqiq pəhriz tövsiyələrinin hazırlanmasına kömək edəcəyi gözlənilir.
Yəni, çörək və un məmulatları orqanizmdə enerjinin yandırılmasını zəiflədir və kalori miqdarı az olsa belə, bədənin piy yığmasına şərait yaradır

Sağlamlıq       Tarix: 24 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar cəbhədən görüntüleri sou biznes valyuta