Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə rüsum artırılır

Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə rüsum artırılırAlkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, hazırda alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə 0,05 manat dövlət rüsumu tutulur. Layihəyə əsasən, aksiz markalarının verilməsinə görə vahid rüsum dərəcəsi - 0,07 manat tətbiq olunacaq.
Eyni zamanda məcburi nişanlamanın verilməsinə görə də dövlət rüsumu tətbiq olunacaq. Aksizli mallara məcburi nişanlamanın verilməsinə görə 0,07 manat, məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə 0.03 manat dövlət rüsumu tutulacaq. Bu halda həm aksiz markası, həm də məcburi nişanlama tətbiq edilməli olan mallara yalnız 0,07 manat dövlət rüsumu tətbiq ediləcək.
Qeyd edək ki, layihə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
APA

İqtisadiyyat       Tarix: 01 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara

Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin

Bank of Baku müştərilərinə daha rahat, sürətli və əlçatan bank xidmətləri təqdim etmək məqsədilə rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın növbəti yeniliyi sayəsində müştərilər artıq nağd pul kreditini 100% ta

Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib. Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri"

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChalleng

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"


son xeberler yeni xeberler azerbaycan xeberleri qurban bayrami 2026 hava durumu xeber cəbhədən son görüntülər