"Almaniya alternativ üsullarla Rusiyadan asılılığı aradan qaldıracaq" – Ekspert

Bu günlərdə Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya Rusiyadan kömür və neft idxalına tamamilə son qoymağa çalışır. Artıq kömür tədarükü ilə bağlı alternativlər üzərində işlənildiyini söyləyən Şolts əlavə edib ki, neft idxalı ilə bağlı da oxşar tədbirlər planlaşdırılır.
Bəs görəsən bu qərar hər iki ölkənin iqtisadiyyatına necə təsir edəcək? Almaniyanın bu addımı atması üçün kifayət qədər resursları varmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Almaniya cari ilin sonunda Rusiya neftindən tamamilə imtina edə bilər:
"Bir müddət əvvəl Almaniya iki böyük qaz terminalının tikintisinə başlanılması ilə bağlı qərar qəbul edib. Bir neçə gün öncə isə Almaniya hökuməti Rusiyanın neft-qazından və o cümlədən, kömüründən asılılığın aradan qaldırılması ilə bağlı yol xəritəsini açıqlayıb. Həmin yol xəritəsinə görə cari ilin ortalarında Rusiya neftindən asılılıq 50 faiz azaldılacaq, ilin sonunda isə tamamilə aradan qalxacaq. Bu ilin payız aylarından isə Rusiyadan kömürün idxalı tam dayandırılacaq. Qazla bağlı vəziyyət isə bir qədər fərqlidir. Çünki Almaniya Avropa ölkələri arasında Rusiya qazından ən çox asılı olan dövlətlərdən biridir. Bu asılılıq təqribən 40 faizə yaxındır. Eyni zamanda alman iqtisadiyyatı Avropanın ən aparıcı və genişlənməkdə olan iqtisadiyyatlarından biridir. Almaniya hökuməti bu asılılığı 2024-cü ilə qədər sonlandırmağı düşünür".
İqtisadçının fikrincə, Almaniyanın Rusiyadan idxal həcmini azaltması Rusiya iqtisadiyyatına da öz təsirini göstərəcək:
"Tətbiq olunan ağır sanksiyalar fonunda Rusiyanın yeganə ümid yeri karbohidrogen ehtiyatlarının ixracından əldə olunan gəlirlərdir. Şimal qonşumuzun 645 milyarda yaxın valyuta ehtiyatlarının və qızıl ehtiyatlarının böyük hissəsi sanksiyalarla dondurulmuş vəziyyətdədir. Digər ehtiyatların realizə olunması ilə bağlı da ciddi problemlər var. Beşinci sanksiyalar paketində Mərkəzi Bankın SWIFT-dən çıxarılması məsələsinin gündəmə gəlməsi isə Rusiya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Almaniya isə alternativ üsullarla Rusiyadan asılılığı aradan qaldıra biləcək. Lakin bunun üçün müəyyən qurbanlar verilməlidir. Alınan qərar Almaniyada iqtisadiyyatına, işsizlik səviyyəsinə, əhalinin gəlirlərinə bu və ya digər formada təsir edə bilər. Lakin bu təsir Rusiyanın qarşılaşdığı təzyiqlərlə müqayisə edilməyəcək qədər aşağı olacaq. Ən böyük təsiri Rusiya iqtisadiyatı hiss edəcək və cari ildə ölkə iqtisadiyyatının kiçilməsi qaçılmaz olacaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 29 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər bugünki xəbərlər ən son xəbərlər sonxeber