Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk

Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririkAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilə bilər.
Səfər çərçivəsində keçirilən mətbuat konfransında dövlət başçısı Azərbaycanın Ermənistanla sülh prosesində tutduğu mövqeyə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə, eləcə də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan addımlara diqqət çəkib.
Prezident İlham Əliyev Almaniya hökumətinin Ermənistanla sülh məsələsindəki rolunu yüksək qiymətləndirərək bildirib:
"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk".
Dövlət başçısının bu fikirləri Azərbaycanın sülh prosesində nümayiş etdirdiyi prinsipial mövqeyi bir daha ortaya qoyur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda sülh və sabitliyin təmin olunması üçün təşəbbüslərlə çıxış edib.
Almaniyanın sülh danışıqları prosesində, o cümlədən xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə iştirakı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Almaniya ilə münasibətlərə verdiyi yüksək qiymət həm ikitərəfli əlaqələrin, həm də Avropa ilə əməkdaşlığın inkişafında qarşılıqlı etimadın mövcudluğunu göstərir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də toxunaraq, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərinin böyük siyasi əhəmiyyət daşıdığını vurğulayıb.
Bu səfərlər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm siyasi mesajdır. Almaniyanın Avropa İttifaqına üzv ölkələr arasında lider mövqeyə malik olması isə onun gələcək əməkdaşlıq prosesində rolunu daha da artırır.
Azərbaycanın xarici siyasətində Avropa istiqaməti mühüm yer tutur. Ölkəmiz həm regional təhlükəsizliyin təmin olunmasında, həm enerji və nəqliyyat layihələrində, həm də siyasi və iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edir.
Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, Azərbaycanın Avropa ilə əlaqələrinin gələcək inkişafı və regionda sülh gündəliyinin təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Müəllif: Aidə Məmmədli
Göygöl rayonu üzrə Təhsil sektorunun məsləhətçisi / azxeber.com

Siyasi       Tarix: 24 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun bugünki xəbərlər krimnal xeber axsam.az xeberler