Almaniya ordusu 2027-ci ilə qədər 65 min hərbçi İTİRƏCƏK
2027-ci ilə qədər təxminən 65 min insan hərbi xidmət üçün maksimum yaş həddinə çatması ilə əlaqədar Almaniya ordusunu tərk edəcək.
KONKRET.azxəbər verir ki, bu barədə "Funke" nəşri Almaniya Müdafiə Nazirliyinin proqnozuna istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda Bundesverdə 183 min hərbçi var. Almaniya hökuməti 2031-ci ilə qədər ordunun sayını 203 min nəfərə çatdırmağı planlaşdırır.
"Almaniyada demoqrafik dinamika nəzərə alınmaqla bu məqsədə nail olmağın mümkün olub-olmayacağı sual altındadır", – deyə Xristian Demokrat və Xristian Sosial Birliklərinin Federal Məclisdəki fraksiyasının nümayəndəsi Florian Han bildirib.
Bundan əvvəl Britaniyanın "The Times" qəzeti yazıb ki, maliyyə çatışmazlığı ilə bağlı problemlər Almaniyada Bundesverin döyüş hazırlığını pozur.
Bundesverin silahlı qüvvələrin vəziyyəti ilə bağlı illik hesabatında deyilir ki, Almaniya silahlı qüvvələrinin modernləşdirilməsi üçün 50 ilə qədər vaxt lazım ola bilər.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir