Almaniyalı millət vəkilləri: Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır
Almaniyalı millət vəkilləri: Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır
Almaniya Bundestaqında Alman-Cənubi Qafqaz parlament qrupunun sədri, Sosial Demokratlar fraksiyasının üzvü Barbara Hendriks Dağlıq Qarabağdakı vəziyyəti "çox təhlükəli" hesab edir və münaqişə tərəflərinin "ağıllı davranışına" ümid bəsləyir.
O, bu barədə Almaniyanın DW.com saytına müsahibəsində bildirib. Hendriks vəziyyətin indiki kəskin gərginləşməsində kimin məsuliyyət daşıdığını mühakimə etmədən, əsas problemi Ermənistanın bu bölgəyə münasibətdə beynəlxalq hüququn fəaliyyətini tanımamasında görür.
"Bu vəziyyətdə beynəlxalq hüququn Azərbaycanın tərəfində olması tamamilə birmənalıdır", - deyən Hendriks Almaniya qəzetinə verdiyi müsahibədə qeyd edib və İrəvanı ermənilər üçün nə qədər çətin də olsa, Dağlıq Qarabağın Azərbaycan ərazisinin bir hissəsi kimi tanımağa çağırıb.
Öz növbəsində, Almaniyanın "Yaşıllar" Partiyasından olan Avropa Parlamentinin deputatı Sergey Laqodinski hesab edir ki, Ermənistanın güzəştə getməlidir.
"Deutschlandfunk" radiosuna müsahibəsində o, qeyd edib ki, "Dağlıq Qarabağ heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən müstəqil bir dövlət kimi tanınmır. Hamı onun Azərbaycan ərazisi olduğu ilə razılaşır".
Avropa Parlamenti deputatının sözlərinə görə, söhbət Dağlıq Qarabağın "mədəni muxtariyyəti" ilə əlaqəli olmalıdır. /oxu.az

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı