Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Hörmüz boğazında neft tankerlərinə hücum edilibSentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, gəmilər aşkar edilməmək məqsədilə boğazı AIS avtomatik identifikasiya sisteminin transponderləri söndürülmüş vəziyyətdə keçiblər.
Söhbət "Al Ruwais", "Mersin Prosperity" və "Sinbad" adlı tankerlərdən gedir. Hücumun kim tərəfindən endirildiyi, xəsarət alanlar və ziyanın miqyası haqqında heç bir məlumat yoxdur.
"Kpler" analitik şirkətinin məlumatlarına əsasən, neft məhsullarının daşınması üçün nəzərdə tutulan "Al Ruwais" tankeri sentyabrın sonlarında Omanın Sohar limanı yaxınlığında dizel yanacağını digər bir gəmiyə yükləyib.
"Mersin Prosperity" supertankeri isə sentyabrın ortalarında eyni ərazidə başqa bir gəmiyə 2 milyon barel İraqın "Basrah" markalı neftini ötürüb.
Aframax sinfinə aid "Sinbad" tankeri sentyabr ayının əvvəlində Cübeyl sənaye limanında (Səudiyyə Ərəbistanı) neft məhsulları ilə yüklənib.

Siyasi       Tarix: 02 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

İranın daxili işlər naziri İsgəndər Mömini göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. xəbər verir ki, bu barədə İsgəndər Mömini İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edi

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırı

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında ərazilərin ehtimal olunan mübadiləsi ilə bağlı son bəyanatlarına aydınlıq gətirərək, Kərki (Tiqranaşen) və digər ərazilər üzrə məsələnin həlli ilə bağl

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə nazirlik X hesabında paylaşım edib. "Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsind

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etima

Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?

Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasınd

Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub

Buxarada keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqram


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri en son xeber xeber.az zelzele