Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTO

Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOAlp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTO
Halştat – Avstriyada kiçik kənddir. Turistik kəndə çatmaq həm qiymət, həm yol baxımından asan deyil, lakin hər il minlərlə turist burada olmağı xəyal edir.
"Kaspi" qəzetinin sözügedən kənddən hazırladığı reportajı təqdim edirik:
Bu gün turistlər Halştata həm ictimai nəqliyyat, həm də şəxsi avtomobillərlə çata bilirlər. Çox vaxt qəsəbəyə Zalsburq şəhərindən gəlirlər, çünki şəhərlərarası məsafə cəmi 70 kilometrdir. Vyanadan (290 km), Münhendən (208 km) və İnsburqdan (250 km) Halştata çatmaq daha çox vaxt aparsa da, turistlər bu məsafəni məmnuniyyətlə qət edirlər. Halştat dəmiryolu stansiyası gölün əks sahilində yerləşir. Stansiyadan Halştata çatmaq üçün bərədən istifadə etmək lazım gəlir (gediş haqqı bir tərəfə 3 avro). Turistlər bərə cədvəlləri ilə qabaqcadan tanış olduqda sahildə çox vaxt itirmirlər.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOHalştat şəkillərdəki və turistlərin rəylərindəki kimi gözəldir. Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər kəndi Dünyanın Ən Gözəl Kəndləri Assosiasiyasına üzv edib. Kənd həmçinin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. 
Kəndə ilk tarixi istinadlar 14-cü əsrə aparıb çıxarır. Bu, yaşayış məntəqəsinin ticarət yollarından uzaq olması ilə əlaqədardır. 19-cu əsrə qədər Halştat ilə birbaşa əlaqə yox idi, kəndə yalnız qayıqla çatmaq olardı. Kənd indi də qədim duz mədənləri ilə məşhurdur. Burada üç min ildir ki, duz çıxarılır.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOHalştat sakinləri unikal və orijinal mədəniyyətləri ilə tanınırlar. Arxeologiyada eramızdan əvvəl - dəmir dövründə mövcud olmuş "Halştat mədəniyyəti" anlayışı var. Romalıların hakimiyyəti dövründə şəhər dəyişib: yeni evlər və küçələr tikilib. 3-cü əsrdən xristianlıq Halştat memarlığına töhfə verib.
Avstriyanın bu balaca kəndi turistləri o qədər heyran edir ki, Çindən gələn qonaqlar onun bir oxşarını Quandun əyalətində tikmək qərarına gəliblər. Əvvəlcə Avstriya hökuməti bu fikrin əleyhinə olub, lakin layihənin həyata keçirilməsindən sonra turist axını dəfələrlə artıb. Bu da Avstriya attraksionunun maliyyə vəziyyətinə müsbət təsir edib. Hazırda qəsəbəyə hər gün çinli turistlərin böyük axını var. Halştata səyahətimiz zamanı diqqətimizi çəkən məqamlardan biri də məhz çinlilərin bura axını oldu.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOHalştata avtomobillə daxil olduqda maşını tunellərdə təşkil edilmiş dayanacaqlarda saxlamaq lazımdır. Bizi nağıl kəndə şəxsi avtomobili ilə aparan Avstriya Azərbaycan Evinin rəhbəri Fərid Əzizov "Halştatda başqa ölkə vətəndaşlarına ev satılmır. Nə qədər varlı insan da olsa, bu kənddə ev ala bilməz", - deyə kənd haqqında maraqlı faktlar danışdı.  
Halştat ilin istənilən vaxtında turistləri qonaqpərvərliklə qarşılayır. Qışda Alpın qarlı mənzərələri necə füsunkar görünürsə, yaz-yay aylarında yamyaşıl meşələrin cazibəsi, payızda isə xəzanı turistləri sehrinə alır.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOHazırda Alp dağları hələ əriməyən qar mənzərələri ilə gələnləri heyran etməkdədir. Halştat insanların təbiətlə harmoniyada yaşadığı bir kənddir. Bura adamı təkcə tarixi və memarlığı, görməli yerləri ilə deyil, sivilizasiyadan təcrid olunma, sakitlik və əmin-amanlıq hissi ilə heyran edir. Halştat - açıq təbiət muzeyidir.
Halştatın tarixi hissəsi cəmi iki küçədən ibarətdir, onlardan birini tamamilə piyada gəzməlisən. Sıldırım pillələr tunellərdən düz kəndə aparır. Kəndin əhalisi 1000 nəfərdir. Sahil xətti o qədər dardır ki, relsləri qayalıqlarda salınmış xüsusi tunellərə aparmağa məcbur olublar. Stansiya qarşı sahildə tikilib, bu da boş yerin olmaması ilə bağlıdır. Əhalinin ən orijinal ənənələrindən biri boş yerin olmaması ilə bağlıdır ki, ölülər dəfn edildikdən sonra qəbirlər qazılır, qalıqlar xüsusi emal olunaraq məbəddə təşkil edilmiş ossuariyə təhvil verilir. Ossuariyə giriş pulludur - 1,50 avro.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOTarixçilərin fikrincə, Halştat Avropanın ən qədim kəndidir. Qəsəbənin tarixi hissəsi köhnə barok binalar, taxta evlərdən ibarətdir. Pəncərələri və eyvanları təzə çiçəklər bəzəyir. Görünür, yerli sakinlər evləri bəzəməkdə bir-biri ilə rəqabət aparırlar - dekorasiya, güllər və hər cür digər xırda aksesuarlar ən xırda detallarına qədər düşünülür. Səhər tezdən küçələrdə gəzməyə çıxanlar Halştatın sükutundan, quşların nəğməsindən və heyrətamiz abı-havasından həzz ala, Halştat gölündə qu quşlarını yemləyə bilirlər. Səhər saat 10-dan sonra küçələr turistlərlə dolur və tarixi görməli yerləri gəzmək çətinləşir. Turistlərin səfərdən sonrakı təəssüratlarını oxumaq da maraqlıdır: "Deyəsən, qayalarla əhatə olunmuş kənddə, düz qayaların üstündə tikilmiş rəngarəng evlərdə nağıl məxluqları yaşayır..." Kəndi "Romantiklər üçün cənnət" də adlandırırlar.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOHalştata gələnlər duz mədəninə (Salzwelten) də səyahət edirlər. Bu həyəcanlı bir ekskursiyadır və qonaqlar duz hasilatının tarixi ilə tanış olur, mağaraları gəzir, videolara və lazer şousuna baxır, həmçinin mədənçilərin hərəkət üçün istifadə etdikləri taxta arxlar boyunca gəzintiyə çıxırlar.
Turistlər avarlı və motorlu qayıqlarla göldə səyahət həzzindən imtina etmirlər. Göl boyu gəzərkən qu quşlarına yem verir, yaxınlıqdakı Obertaun qəsəbəsi, çimərliklər, "5 Fingers" müşahidə göyərtəsi, həmçinin dağ silsiləsi ilə tanış olurlar.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOKəndin "Market meydanı" (Hallstätter Marktplatz) – mərkəzi hissə sayılır və burada çoxsaylı kafe, restoran, otel və suvenir mağazaları var. Bütün əsas tədbirlər - yarmarkalar, konsertlər, xalq şənlikləri məhz burada keçirilir.
Halştat Muzeyi (Welterbemuseum Hallstatt) - qonaqları 7000 il geriyə apararaq, qəsəbənin və duz mədənlərinin hekayəsini nümayiş etdirir. Muzeyə giriş biletinin qiyməti 8 avrodur.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOQış aylarında Halştatda xüsusi Milad abı-havası olur, bayram bazarları açılır, yarmarkalar təşkil olunur. Turistlər xizək sürməyə, kanatlara minməyə gəlirlər.
Buraya səyahət edənlərin qala biləcəyi yerlərin sayı ildən-ilə artır. Halştatda bir gecə qalmaq üçün qiymətlər 100-120 avrodan başlayır. Buna görə də bir çox turist qonşu Obertraunda qalır. Orada otellərdə qiymətlər bir neçə dəfə aşağıdır. Çox vaxt yerli sakinlər evlərinin yuxarı mərtəbələrini icarəyə verirlər və bəzən yaşamaq üçün bütöv bir ev də tapmaq olur.
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOAlp dağlarının əzəmətli zirvələri ilə "Halştat gölü"nün  təmiz suları arasında gizlənən füsunkar şəhərə – Halştata səfər edənlər eynən bizim kimi: "Bura yenidən qayıdacağıq" deyirlər… 
Alp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOAlp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOAlp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOAlp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTOAlp dağları, dağ gölü, zəncəfilli nağıl evlər: Dünyanın ən gözəl kəndindən REPORTAJ - FOTO/ oxu.az

Turizm       Tarix: 17 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar sonxeberler son xeber.az xeberler azerbaycan