"Altın kelebek"də daha bir qalmaqal: "Qalib qadınlardan olacaq
"Haqsızlığa heç zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başdan bəri laqeyd davranıldı. Öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa bilmədiyimiz nə baş verir?".
Open.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov sosial şəbəkə hesabında yazıb.
İfaçı "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası ilə namizəd olduğu "Altın kelebek" mükafatlarının təşkilatçılarını tənqid edib.
O, təşkilatçıların qalibin əvvəlcədən bəlli olduğunu söyləyib: "Ən son danışığımızda isə bu sözü eşitdik: Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur. Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Hər zaman izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər. Bu, onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə, uğuruna sevinəcəm. Çünki bu ölkəmizin baş ucalığıdır. Əksinə, yanında olub dəstək olardıq. Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin! Sponsorunuz olan brendin reklamında da nə qədər xeyrimiz olubsa, halal xoşu olsun!".
Qeyd edək ki, mükafatlandırma gecəsinə namizədlər sırasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva da var. Azərbaycan üç ildir ki, sözügedən mükafatlandırma gecəsinə qatılır.
/open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq