AMB Çinin Bank və Sığorta Tənzimləmə Komissiyası ilə əməkdaşlıq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası (Komissiya) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
KONKRET.azxəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, əlaqələrin gücləndirilməsi və maliyyə sektorunda məlumat və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.
İmzalanmış Memoranduma əsasən AMB və Komissiya arasında bank və sığorta sektorunda təcrübə və informasiya mübadiləsinin aparılması, təlim və seminarların təşkili, məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Memorandumun imzalanması nəzarət qurumları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi, texniki dəstəyin həyata keçirilməsi, qlobal tənzimləmə yanaşmaları üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək, həmçinin bütövlükdə hər iki ölkənin bank və sığorta sisteminin inkişafına öz töhfəsini verəcək.
Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də nəzarət məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü