AMB-nin son qərarı kredit faizlərinə təsir edəcək?

AMB-nin son qərarı kredit faizlərinə təsir edəcək?"Uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır".
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsini azaltması ilə bağlı qərarını şərh edərkən bildirib.
"Mərkəzi Bank uçot dərəcəsinin 7,75 %-dən 7,5 %-ə, faiz dəhlizinin yuxarı həddinin 8,75 %-dən 8,5%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25 % səviyyəsində dəyişməz saxlayıb.
2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dan 8,5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0,5 faizlik azalmaya getmişdi", – deputat xatırladıb.
V.Bayramovun sözlərinə görə, Mərkəzi Bankın son qərarında iki mühüm məsələ diqqəti çəkir. Bunlar faiz dəhlizinin aşağı həddinin dəyişdirilməməsi, həmçinin depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsidir:
"Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Dünən də həmin notların son faiz dərəcəsi üzrə cüzi olsa da, artım qeydə alınıb. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir.
Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə isə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün müəyyən müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə mərkəzi banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsini azaltmasına rəğmən, əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır".
"Əvvəllər 5-6 % dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8-9,5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara "Bloomberq" platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq", – deyə iqtisadçı ekspert vurğulayıb.

Sosial       Tarix: 29 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler xəbər meherremlik 2026 bugunun xeberleri