Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldıXəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişdə onun ünvanına böhtan və təhqirlər səsləndirib.
O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna görə R.Əliyeva bir neçə dəfə müxtəlif instansiyalara və mediaya müraciət edib. Son olaraq isə o, "Space" TV-də verilişə çıxaraq barəsində "çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm", "cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist" və sair fikirlər səsləndirib.
O, Radifə Əliyevanın Cinayət Məcəlləsinin 147.2 və 148-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.
Radifə Əliyeva isə Sabitin onun atasına məxsus olan mülkü zorakılıq yolu ilə ələ keçirdiyini, anasına xəsarətlər yetirdiyini, sənədlərin saxtalaşdırılması yolu ilə torpaq sahəsini özününküləşdirdiyini deyib.
Məhkəmə R.Əliyevaya 147.2-ci maddə üzrə bəraət versə də, onu 148-ci, yəni təhqirə görə təqsirli bilib. Xəzərə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 3 ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.

Sosial       Tarix: 23 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xəbərlər.com cəbhədən son görüntülər xəbər az