Ana övladı üçün müraciət etdi: "Xahiş edirəm, qızıma kömək edin, o, hələ çox gəncdir
Ana övladı üçün müraciət etdi: "Xahiş edirəm, qızıma kömək edin, o, hələ çox gəncdir"
13 yaşlı vətəndaşımız Aysu Salamova ağır xəstəlik hesab olunan osteosarkoma ilə (sümüklərin uzanmağa başladığı bir dövrdə yeniyetmələrdə əmələ gələn xərçəng xəstəliyi) mübarizə aparır.
Əgər Aysu vaxtında əməliyyat olunmasa, ayaqsız qala bilər.
"Hər şey qızımın keçən ilin aprel ayının əvvəlində dizini ağır zədələməsi ilə başladı. Onu rentgen müayinəsindən keçirdilər, həkim sınma ehtimalının mümkün olduğunu söylədi, amma mənim xahişimə baxmayaraq gips qoymadı, yalnız yataq rejimində olmağı tövsiyə etdi", - deyə Media.Az-a danışan qızın anası Əsli Salamova bildirib.
Ananın sözlərinə görə, qısa müddətdən sonra dizdən yuxarı hissə şişib və uşaq özünü pis hiss etməyə başlayıb.
"Mən həkimə müraciət etdim, qızım Doppler ultrasəs müayinəsindən keçdi və onu travmatoloqa yönləndirdilər. Həkim MRT-dən keçməyi məsləhət gördü. Müayinənin nəticəsi bizi şoka saldı. Hələ o zaman həkimlər osteosarkomadan şübhələnərək, bizi Milli Onkologiya Mərkəzinə yönləndirdilər", - deyə Ə. Salamova söyləyib.
Valideynin sözlərinə görə, biopsiyadan sonra dəhşətli diaqnoz təsdiqlənib:
"Mən sadəcə olaraq, inana bilmirdim. Sağlam övladım var idi, heç vaxt nədənsə şikayətlənməmişdi və birdən başımıza bu hadisə gəldi. Onkoloq təcili kimyəvi terapiyaya başlamağı tövsiyə etdi, beş kurs təyin olundu. Qızım onlara dözdü, lakin səhhətində heç bir müsbət dəyişiklik baş vermədi. Şiş kiçilmədi, ağrılar davam etdi".
Kimyaterapiya nəticə vermədiyindən onkoloq bizə ayağın kəsilməsinin lazım olduğunu bildirdi. Ən çox qorxduğumuz bu idi. Qızımın cəmi 13 yaşı var, bütün həyatı qarşıdadır. Üstəlik, tək övladdır, həyat yoldaşımı itirmişəm. Xaricdə həkim axtarmağa başladım, türk həkimlər kömək edəcəklərinə söz verdilər", - deyə A. Salamova vurğulayıb.
Həqiqətən də əksər hallarda osteosarkomanı ayağı saxlamaqla əməliyyat vasitəsi ilə müalicə etmək olar. Belə bir əməliyyat zamanı həkim sümüyün bir hissəsini şiş ilə bərabər çıxarır, sümüyü metal bir protez və ya sümüyün başqa bir hissəsi ilə əvəz edir. Ancaq protezin özü çox pul tələb edir.
"Xeyirxah insanlar sayəsində demək olar ki, 11 min dollar pul toplaya bildik. Protez doqquz min, əməliyyat isə iki minə başa gəlir. Ancaq sonra uzun bir reabilitasiya prosesi başlamalıdır. Bundan əlavə, müalicə müddətində Türkiyədə yaşamağımız lazımdır. Həmyerlilərimizə, valideynlərə müraciət edirəm, xahiş edirəm uşağıma kömək edin. Bu gün onun həyatı həkimlərin əlindədir, amma pul olmadan təəssüf ki, müalicə mümkün deyil. Qızımı tək böyüdürəm, yalnız 80 yaşlı anam var, qızımın müalicəsini ödəyəcək yaxınlarım və dostlarım yoxdur. Bütün ümidlərim yalnız sizlərədir!" - deyə Ə.Salamova müraciətində bildirib.





Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız